Yuxarı

Kuznetsovdan Qarabağın azadlığı üçün müharibə ssenarisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda səs-sorağı hətta Avropaya qədər yayılan genişmiqyaslı hərbi təlimlərin sonuncu günüdür.

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri martın 11-də başlayıb. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.

Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq. Bu sadəcə Qafqazda deyil, eyni zamanda postsovet məkanında da ən genişmiqyaslı hərbi təlimlərdən biridir.

Axar.az xəbər verir ki, hərbi təlimlərin davam etdiyi bu günlərdə Azərbaycanda olan rus politoloq, tarixçi Oleq Kuznetsov ordumuzun bütün gücünə şahid olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycandakı təlimlərə kəskin reaksiya verməsinin səbəbini yalnız bir sözlə şərh etmək olar “Qorxu!”

“Bu təlimlər birmənalı şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində böyük hərbi-texniki üstünlüyə malik olduğunu göstərdi. Hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək texnologiyalı silahlara sahibdir. Ən əsası isə Bakının bu cür müasir silah növlərinə sahib olmaqla yanaşı, həmçinin bu texnikadan dəqiq şəkildə istifadə etmək qabiliyyətinə sahib olmasıdır. Manevrlərin miqyası göstərir ki, Azərbaycan Ordusu Ermənistanın sülhə və ya işğal olunmuş ərazilərin geri qaytarılması üçün danışıqlar prosesinə məcbur edilməsinin son elementlərini işləyib hazırlayır”, - ekspert bildirib.

Ekspertin sözlərinə görə, bu təlimlərin ideyası Qarabağın azad edilməsi uğrunda müharibə ssenarisinin işlənib hazırlanması olub:

“İrəvanda bunu hərbi təhdid kimi qəbul edirlər. Ancaq rus ekspert kimi mənim fikrimcə, bu, Azərbaycan tərəfinin Ermənistana sonuncu sülhməramlı jesti, danışıqlar masasına əyləşmək üçün ucadan çağırışıdır. Bu gün üçün danışıqların gündəmində sadəcə bir şey dayanır – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağda yaşayacaq erməni əhalinin siyasi azadlıqlarının təmin edilməsi”.

Tarix
2019.03.15 / 17:27
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla