Yuxarı

Paşinyan Bakıya iki güclü kart verdi – Təklif

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın danışıqların formatını dəyişdirməsinə dair təklifinin 3 əsas məqsədi var.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

“Birincisi, bununla daxili siyasətdə Qarabağ kartının özünə qarşı istifadə imkanını məhdudlaşdırmaq istəyir. İkincisi, beynəlxalq siyasətdə Ermənistanın Qarabağda baş verənlərə dair məsuliyyətini azaltmaq, hətta mümkünsə, bu məsuliyyətdən qaçmağa şalışır. Üçüncüsü və ən əsası müzakirələrdə Azərbaycana qarşı mövqeyini Qarabağ erməniləri üzərindən gücləndirmək niyyətindədir”, - ekspert bildirib.

Politoloq vurğulayıb ki, ancaq bu həmlə həm də Azərbaycana müzakirələr masasına daha iki güclü kart qoymaq imkanı verir:

“Birincisi, Azərbaycan da Ermənistandan qovulan azərbaycanlıların hüquqlarını müzakirə masasına gətirməlidir. Digər tərəfdən, müharibə Azərbaycan torpaqlarında fəsad yaradıb. Bunu nəzərdən qaçırmaq olmaz. Bu çərçivədə müharibənin verdiyi fəsadları Ermənistandan (və o masada tərəf kimi oturmağı çox istəyirlərsə, Qarabağ ermənilərindən) tələb etməliyik. Bu mövzu aktuallaşdırılmalıdır”.

Politoloq qeyd edib ki, mövcud reallıqlarda bu, mümkün görünməyə bilər:

“Ancaq format dəyişikliyi istəyən Ermənistan və Qarabağ ermənilərinə bunun nə mənaya gələcəyini anladıqları dildə başa salmaq lazımdır. Bu məsələləri danışıqlarda diplomatik bir həmlə kimi gündəmə gətirdiyimiz gün ermənilər format dəyişikliyi mövzusunu birdəfəlik bağlayacaq”.

Tarix
2019.03.16 / 16:26
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla