Yuxarı

Azərbaycanın da səbrinin sərhədi var - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:31

Rəsmi Bakı artıq 25 ildən artıqdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi mövqeyindən çıxış edir. Lakin Azərbaycanın da səbrinin sərhədi var.

Axar.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Anadolu” agentliyinə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın torpaqlarını tərk etməlidir. Əks halda, Azərbaycan istənilən digər bir dövlət kimi BMT Nizamnaməsinə uyğun olaraq bütün hüquqlardan istifadə edəcək.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri danışıqlar prosesində irəliləyişə nail olmaq üçün Ermənistanın bir sıra addımlar atmalı olduğunu bildirib.

“Təəssüflər olsun ki, Ermənistanın hazırkı rəhbərliyi danışıqlar prosesini bloklayacaq bəyanatlar verməklə Sərkisyan-Köçəryan rejiminin səhvlərini təkrarlayır. İrəvandan konstruktiv və düzgün addımlar gözlənilir. Dünya ictimaiyyəti də həmçinin bu mövzuda konkret mövqe tutmalı və Ermənistan rəhbərliyinə qəti siyasi və diplomatik mesaj göndərməlidir”, - Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl və mis yataqlarını talan edir və bu sərvətləri dünya bazarlarına göndərir. Bu bütün beynəlxalq müqavilələrə ziddir.

“Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və dini irsini məhv edirlər. Bu yalnız Azərbaycan deyil, eyni zamanda dünya mədəniyyətinə zərbədir”, - Hacıyev söyləyib.

Hikmət Hacıyev həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının sülhə hazırlanması ilə bağlı bəyanatına da münasibət bildirib.

“Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı sülhə hazırdır. Yalnız münaqişənin ədalətli həlli davamlı sülhə şərait yaradır. Erməni qoşunları Azərbaycan torpaqlarını tərk etməli, qaçqınlar öz evlərinə geri dönməlidirlər. Ədalətli sülhə yalnız bu yolla nail olmaq mümkündür. Azərbaycan xalqı bu sülhə hazırdır. Ermənistanın sülh barədə təsəvvürləri beynəlxalq hüquqa ziddir. Ermənistan hesab edir ki, Azərbaycan torpaqlarını işğal etməklə artıq sülhü yaradıb. Bunu sülh adlandırmaq olmaz, erməni xalqı sülh prosesinə əsaslı şəkildə hazırlanmalıdır. Ermənistan ona aid olmayan əraziləri qaytarmalı, Azərbaycan və digər qonşu ölkələrlə sülh şəraitində yaşamalıdır”, - Hacıyev deyib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Ermənistanın işğal siyasətinin regiondakı sülh və sabitlik üçün təhdid olduğunu qeyd edib.

“Bu siyasət istənilən vaxt gərginliyin artmasına səbəb ola bilər. Məsuliyyət Ermənistanın üzərində olacaq. Azərbaycan münaqişənin sülh yolu ilə həlli imkanlarına inanır. Azərbaycan 25 ildir sülh danışıqları aparır. Bu isə sülh prosesinə dəstək və kompromis istəyinin göstəricisidir. Sonsuza qədər belə davam edə bilməz”, - Hacıyev bildirib.

Tarix
2019.03.18 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla