Yuxarı

Azərbaycan ordusu erməniləri təşvişə salıb – Rus ekspertlər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycanın öz hərbi qüvvəsini xeyli artırdığını təkcə müttəfiqləri, həmçinin hərbi ekspertlər deyil, hazırda silah-sursat idxalı yolu ilə aradakı fərqi nisbətən azaltmağa çalışan Ermənistan da təsdiq edir. Sözsüz ki, hərbi quruculuq sahəsində məqsədyönlü işlər ilk növbədə 30 ilə yaxındır hərbi təcavüzlə üzləşən ölkənin ərazi bütövlüyünü bərpa etmək zərurətindən doğur.

Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək niyyətinə sadiq olduğunu dəfələrlə bildirmiş Azərbaycan eyni zamanda işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün zərurət yaranacağı təqdirdə başqa üsullardan yararlanmaq hüququnu özündə saxladığını elan edib.

Prezident İlham Əliyev daha əvvəl bildirib ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarının bir hissəsini 2016-cı ilin aprel döyüşləri zamanı, eləcə də Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində geniş ərazini nəzarəti altına aldığı 2018-ci il may ayında olduğu kimi, düşmənə layiqli cavab verib və bundan sonra da verəcək.

Dövlət başçısı Azərbaycan Ordusunun modernləşməsi, ən son silah və texnika ilə təchizatı istiqamətində ardıcıl siyasət aparıldığını qeyd edib. “Biz bundan sonra da böyük vəsaitlər ayırmaqla döyüş qabiliyyətimizi yüksəldəcəyik”, - deyən ölkə Prezidenti bu gün ağır vəziyyətdə olan Ermənistan ordusunun Azərbaycanla rəqabət aparacaq səviyyədən uzaq olduğunu diqqətə çatdırıb.

“Şübhəsiz ki, ordusunu modernləşdirmək baxımdan keçmiş SSRİ ölkələri arasında irəlidə olan Azərbaycan bu mənada Rusiya və müəyyən dərəcədə Qazaxıstanla müqayisə oluna bilər. Bildiyimiz kimi, bu proses 2000-ci illərin ortalarında daha böyük vüsət alıb. Hazırkı Azərbaycan ordusu ilə 15 il əvvəlki Azərbaycan ordusunun texniki imkanlarının fərqli olduğunu tam arxayınlıqla söyləyə bilərik”, - rusiyalı hərbi ekspert, “Export voorujenii” jurnalının redaktoru Andrey Frolov bildirib.

Ermənistan Azərbaycanın hərbi quruculuqdakı nailiyyətləri ilə ayaqlaşmağa çalışır və Rusiya ilə son müqavilə buna sübut sayıla bilər.

Ekspertin dediyinə görə, Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində böyük nailiyyətlər qazanması regionda qüvvələr nisbətinə təsirsiz ötüşə bilməzdi:

“Ermənistan da Azərbaycanın hərbi quruculuğundakı uğurları ilə ayaqlaşmağa çalışır və Rusiya ilə son müqavilə buna sübut sayıla bilər. Lakin fikrimcə, onlar yenə də Azərbaycanın xüsusilə hücum silahları sahəsində əldə etdiyi dinamikaya tam şəkildə yetişə bilmirlər”.

Rusiyanın daha bir hərbi eksperti Yevgeni Mixaylov son hərbi islahatlar nəticəsində Azərbaycan Ordusunun nəinki regionun, dünyanın belə ən güclü orduları ilə bir sıraya daxil olduğunu diqqətə çatdırıb:

“İstər müdafiə, istərsə də hücum əməliyyatlarını təkmilləşdirməyə yönələn təlimlər ordunun təchizatının da, hazırlığının da ən yüksək səviyyədə olduğunu söyləməyə əsas verir”.

Son hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu nəinki regionun, bütün dünyanın belə ən güclü orduları ilə bir sıraya daxil olub.

Azərbaycan mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlər keçirir. Bu ayın ortalarında keçirilən son təlim çərçivəsində döyüş atışları da icra olunub.

Y.Mixaylovun fikrincə, istər Rusiyadan, istərsə də başqa ölkələrdən müasir silahlar tədarük etməklə hərbi qüdrətini artıran Azərbaycanın bu siyasəti Ermənistanı təşvişə salır, yeni silahlar almaq üçün kredit dilənməyə vadar edir.

“2018-ci ilin may ayında Naxçıvan istiqamətində işğal altındakı torpaqlarının bir hissəsini geri qaytarmaqla Azərbaycan Ordusu döyüş qabiliyyətini ortaya qoydu. Heç şübhəsiz, o vaxt döyüşlər dayandırılmasaydı, bu gün bölgədə fərqli gerçəkliklə üz-üzə olardıq. Yalnız üçüncü qüvvələrin diplomatik müdaxiləsi Ermənistana zahiri dövlətçiliyini qoruyub saxlamağa kömək edib”, - rusiyalı ekspert fikrini tamamlayıb.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI – Stokholm İnternational Peace Research İnstitute) məlumatına görə, 2014-2018-ci illər ərzində silah idxalına görə Azərbaycan dünyada 23-cü yerdə olub. Tədarükçülər arasında Rusiya (51 faiz), İsrail (43 faiz), Türkiyə (2,8 faiz) önə çıxıb.

Ərazi bütövlüyünün bərpasını milli mənafeyin qorunması baxımından birinci dərəcəli vəzifə olaraq görən Azərbaycan bundan sonra da müasir silah və sursatın idxalını artıracaq.

Report

Tarix
2019.03.19 / 09:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla