Yuxarı

İlham Əliyev 7 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:27

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin:

2.1. birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1526-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “95-ci maddəsinin” sözlərindən əvvəl “56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə),” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin birinci (xidmət haqqının ödənildiyi hallara münasibətdə) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.3. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7–2.9-cu bəndlər əlavə edilsin:

“2.7. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçiləri nəzərdə tutulur;

2.8. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;

2.9. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinə münasibətdə) həyata keçirirlər.”.

4. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, müvafiq vəsaitdən istifadənin vahid qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilənədək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş vəsaitlərdən istifadənin qaydasını, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edir.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 4 aprel tarixli 683 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 4 aprel tarixli 683 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 181) 2-ci hissəsinin ikinci abzası ləğv edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci və 9.15-1-ci bəndlər əlavə edilsin:

“8.8-1. dəfnlərin vahid dövlət reyestrini aparır;”;

“9.15-1. dəfnlərin vahid dövlət reyestrinə ötürülən məlumatların tamlığına, həmin məlumatların müəyyən edilmiş müddətdə reyestrə ötürülməsinə nəzarəti həyata keçirmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli 492 nömrəli və 7 fevral tarixli 517 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1.9-cu hissəyə “184.1.4” rəqəmlərindən sonra “, 516-1.1, 516-1.3 (qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına münasibətdə)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 55-3-cü hissə əlavə edilsin:

“55-3. Məcəllənin 516-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına münasibətdə) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri, şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri”.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 12 (I kitab), maddə 2616) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.6.18-ci yarımbənddə “75.6-cı” sözləri “75.10-cu” sözləri ilə əvəz edilsin;

3.2. 4.1-ci, 4.2-ci, 4.7-1-ci (birinci abzası) və 4.7-3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci, 13-cü maddəsində (ikinci halda), 20.4-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 24.1-ci maddəsində (ikinci halda), 24.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 34.2-ci maddəsində (ikinci halda), 34.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 35.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və üçüncü cümləsində (ikinci halda), 35.3-cü (ikinci halda) və 38-ci (ikinci halda) maddələrində, 40-cı maddəsinin ikinci cümləsində (ikinci halda), 41-ci maddəsində (ikinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.3-cü (ikinci halda), 44.1-ci (ikinci halda), 44.3-cü (ikinci halda), 47.3-cü maddələrində, 47.4.5-ci (ikinci və üçüncü hallarda), 47.4.6-cı (ikinci və üçüncü hallarda), 48.3.1-ci (ikinci halda), 48.3.3-cü (ikinci halda) maddələrində, 48.3.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 49.2.11-ci maddəsində (ikinci halda), 66.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 75.15-ci, 76.1-ci (ikinci halda), 76.2-ci (ikinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 84.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 86.1.1-ci maddəsində (ikinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (ikinci halda), 89.2-ci maddəsində (ikinci halda), 90.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 90.3-cü (ikinci halda), 90.4-cü, 92.10-cu, 92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda), 94.3-cü maddəsində (ikinci halda), 95.3-1-ci maddəsinin birinci cümləsində, 95.5-ci (ikinci halda), 95.7-ci, 97.5-ci maddələrində, 101.2-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 102.3-cü maddəsinin birinci (ikinci halda) və üçüncü (ikinci halda) cümlələrində, 102.4-cü maddəsində (ikinci və üçüncü hallarda), 102.5-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 102.7-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 106-cı maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Məcəllənin 16.2-ci maddəsində, 20.2-ci maddəsinin üçüncü cümləsində, 22.7-ci, 30.3-cü, 32.2-ci, 32.3-cü, 33.1-ci maddələrində, 33.3-cü maddəsinin üçüncü cümləsində, 34.3-cü maddəsində, 35.1-ci maddəsinin ikinci cümləsində, 55.1-ci maddələrində, 55.2-ci maddəsinin ikinci cümləsində, 57.3-cü, 58.4-cü maddələrində, 63.1-ci maddəsinin ikinci cümləsində, 67.4-cü maddəsinin ikinci cümləsində, 69.8-ci maddəsində, 75.6-cı maddəsində, 75.10-cu maddəsinin ikinci cümləsində, 75.11-ci maddəsinin ikinci və dördüncü cümlələrində, 77.2-ci maddəsinin ikinci cümləsində, 78.1-ci, 78.2-ci, 83.0.5-ci, 83.0.6-cı, 98.3-cü, 101.4-cü, 102.8-ci, 104.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

“4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 75.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:”;

“4.7-3. həmin Məcəllənin 13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində, 24.2-ci maddəsinin birinci cümləsində, 34.2-ci maddəsində, 34.4-cü maddəsinin birinci cümləsində, 35.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 35.3-cü və 38-ci maddələrində, 40-cı maddəsinin ikinci cümləsində, 41-ci maddəsində, 42.1-ci maddəsinin birinci cümləsində, 43.1-ci maddəsinin birinci cümləsində, 43.2-ci maddəsinin birinci cümləsində, 43.3-cü, 44.1-ci, 44.3-cü, 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.1-ci, 48.3.3-cü maddələrində, 48.3.5-ci maddəsinin ikinci cümləsində, 49.2.11-ci maddəsində, 66.3-cü maddəsinin ikinci cümləsində, 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci cümləsində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsinin birinci cümləsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 82.1-ci və 82.2-ci maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 89.2-ci maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində, 90.3-cü və 94.3-cü maddələrində, 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü maddəsində (birinci halda), 102.5-ci maddəsində (birinci halda), 102.6-cı maddəsinin birinci cümləsində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur;”;

3.3. 4.14-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.15–4.18-ci bəndlər əlavə edilsin:

“4.15. həmin Məcəllənin 106-cı maddəsinin ikinci cümləsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;

4.16. həmin Məcəllənin 106-cı maddəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində işləyən dövlət qulluqçuları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçiləri nəzərdə tutulur;

4.17. həmin Məcəllənin 106-cı maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;

4.18. həmin Məcəllənin 106-cı maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində işləyən dövlət qulluqçularına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinə münasibətdə) həyata keçirirlər;”.

4. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, müvafiq vəsaitdən istifadənin vahid qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilənədək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 106-cı maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydasını, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla, müvafiq olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edir.

***

İlham Əliyev “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1676) 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İdarənin Əsasnaməsi təsdiq olunanadək İdarəyə münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirsin.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

3. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

5. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. Mərkəzin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

5.1.2. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

5.2. Komitəyə:

5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5.3. Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yaşayış sahələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq torpaq sahəsinə bağlılığının təsbit edildiyi qüvvədə olan qanunlarda dəyişikliyi nəzərdə tutan qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin balansındakı əmlakın Mərkəzin balansına verilməsini təmin etsin;

7.2. bu Fərmanın 2-ci hissəsinə və 7.1-ci bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmanın 4-cü hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş xidmətlərə görə ödənilən xidmət haqqı məbləğlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Müəyyən edilsin ki:

8.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə xidmət haqqı ödənilmir;

8.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 7.3-cü bəndinə uyğun olaraq xidmət haqqı müəyyən edənədək həmin xidmət haqqını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Komitə müəyyən edir.

9. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50” sözləri ilə əvəz edilsin.

9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;

9.2.2. aşağıdakı məzmunda 7.1-1-ci və 7.2-1-ci bəndlər əlavə edilsin:

“7.1-1. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;”;

“7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;”;

9.2.3. 7.4-cü bənddən “dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə” sözləri çıxarılsın və həmin bəndə “respublika üzrə” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilsin;

9.2.4. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.5. bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir;”;

9.2.5. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;”;

9.2.6. 8.9-cu və 8.10-cu bəndlər çıxarılsın;

9.2.7. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

“8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək;”;

9.2.8. 8.16-cı bənddən “dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq,” sözləri çıxarılsın;

9.2.9. aşağıdakı redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə edilsin:

“8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;

8.20-2. yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;

8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;

8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;

8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;

8.20-6. müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;”;

9.2.10. 8.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.27. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;”;

9.2.11. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;”;

9.2.12. 9.3-cü bəndə “baş memarların” sözlərindən sonra “, habelə digər memarların” sözləri əlavə edilsin;

9.2.13. 9.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9.10. zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;”;

9.2.14. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“13. Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

9.2.15. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.2. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”;

9.2.16. aşağıdakı redaksiyada 14.2-1-ci bənd əlavə edilsin:

“14.2-1. Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;”;

9.2.17. 14.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;

9.2.18. aşağıdakı redaksiyada 17-1-ci bənd əlavə edilsin;

“17-1. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırdığı konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi.”;

9.2.19. 19-cu bənd çıxarılsın;

9.2.20. 20-ci bənddə “çatdıra bilərlər” sözləri “çatdırmaq hüquqları vardır” sözləri ilə əvəz edilsin;

9.2.21. 21-ci bənddən “rəhbərləri” sözü çıxarılsın və həmin bənddə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin;

9.2.22. 22-ci bəndin ikinci cümləsində “Şura haqqında Əsasnamə və onun” sözləri “Şuranın” sözü ilə əvəz edilsin;

9.2.23. 8.2-ci, 8.3-cü, 8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və 9.15-ci bəndlərdən ismin müvafiq hallarında “öz səlahiyyəti daxilində” sözləri çıxarılsın.

10. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”nun mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi.”.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Tarix
2019.03.19 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla