Yuxarı

Bakı-Aİ məsləhətləşmələrinin tarixi açıqlandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıqla bağlı əhatəli sazişə dair növbəti məsləhətləşmələr mart ayının sonunda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

O, görüş zamanı siyasət, təhlükəsizlik, ticarət və sərmayə məsələlərinin müzakirə olunacağını bildirib.

Sazişin bu ilin mart ayınadək razılaşdırıla biləcəyi barədə daha əvvəl səsləndirilmiş ehtimallara baxmayaraq, M.Məmmədquliyev həm Azərbaycan, həm də Avropa İttifaqının maraqlarına uyğun gələcək keyfiyyətli sənəd ərsəyə gətirməyi ən mühüm məsələ olaraq gördüklərini qeyd edib: “Saziş üzərində çalışmağa davam edir, müzakirələri video-konfranslar, Bakı və Brüsseldə görüşlər şəklində aparırıq”.

Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də bu günlərdə İttifaqla Azərbaycan arasındakı danışıqların həlledici mərhələyə qədəm qoyduğunu bildirmişdi: “Aramızdakı münasibətlərin bütün tərəflərini ehtiva etməklə həm Avropa İttifaqı, həm də Azərbaycan vətəndaşlarına fayda verəcək müasir saziş ərsəyə gətirmək üçün çalışmağa davm edəcəyik”. F.Mogerini Azərbaycanın regionda başlıca tərəfdaşları olduğunu da vurğulayıb.

Xatırladaq ki, 2015-ci ildə Avropa Qonşuluq Siyasətinin sənədində təsbit olunan prinsiplərə əsaslanacaq yeni saziş Aİ ilə Azərbaycan arasındakı siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni zəmin təşkil edəcək. Yeni sənəd həmçinin Azərbaycan qanunlarını Aİ-nin başlıca beynəlxalq siyasət və ticarət standartlarına uyğunlaşdıracaq, bununla da Azərbaycan məhsullarının Aİ bazarına çıxmasına daha geniş imkanlar açacaq.

Tarix
2019.03.19 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla