Yuxarı

Məmmədyarov ekvadorlu həmkarına məktub göndərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ekvador respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ekvadorlu həmkarı Xose Samuel Valesia Amoresə təbrik məktubu ünvanlayıb.

XİN-dən Axar.az-a verilən məlumata görə, məktubda Elmar Məmmədyarov dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib.

Nazir tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsbit olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə Ekvadorun dəyərli dəstəyini vurğulayıb. Sonda Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Xose Samuel Valesia Amores də, öz növbəsində, məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib. Daha sonra Ekvador xarici işlər naziri Azərbaycan höküməti və xalqına ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 2004-cü il martın 22-də qurulub.

Tarix
2019.03.22 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla