Yuxarı

Bakı Qarabağda ciddi uğurlar əldə etdi - Şahnazaryandan şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti Qarabağla bağlı danışıqlara hazır deyil.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib. Onun sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra danışıqlar prosesindəki situasiya ciddi narahatlıqlar yaratmağa başlayıb:

“Ermənistan rəhbərliyi danışıqlara hazır deyil. Ermənistan artıq böyük güzəştlərə gedib, Azərbaycan diplomatiyası isə son 11 ay ərzində ciddi uğurlar əldə edib”.

O, Azərbaycanın ciddi uğurları Ermənistanın “səyləri” nəticəsində əldə etdiyini bildirib. Şahnazaryan Ermənistan baş naziri və xarici işlər nazirinin daimi olaraq ziddiyətli bəyanatlarla çıxış etdiyini söyləyib. Onun fikrincə, məhz Ermənistan rəhbərliyinin sayəsində bu gün Qarabağ məsələsində Azərbaycanla danışıqların hansı formul əsasında aparılacağının bilinmədiyini deyib:

“Konsepsiya yoxdur. Əvvəlki hökumətlər ərazi mübadiləsi əsasında status formulunu dəqiq bəyan edirdilər. Belə ki, söhbət Azərbaycanın tərkibində olmayan müvəqqəti statusdan yox, beynəlxalq aləm tərəfindən tanınan statusdan gedirdi”.

Tarix
2019.03.22 / 10:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla