Yuxarı

Ermənilərin Putin və Əsədə növbəti xəyanəti

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni separatçıları ABŞ Prezidenti Donald Trampın “Qolan təpələrini İsrail ərazisi kimi tanıması” qərarından həvəsləniblər, Xankəndidə Qolan təpələri ilə Dağlıq Qarabağ arasında paralellər aparmağa başlayıblar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ermənilər vaxtilə eyni paraleli Kosovayla bağlı aparmağa çalışırdılar, ancaq serbləri müdafiə edən Kreml ermənilərin ağzının üstündən vurdu:

“Qarabağ separatçılarının nümayəndəsi David Babayan Qolan təpələri ilə Dağlıq Qarabağ arasında bu şəkildə paralel aparıb:

“Donald Trampın Qolan təpələrinin təhlükəsizliyi və bölgənin sabitliyinin qorunması baxımından İsrailə aid olması haqqındakı açıqlaması önəmli hadisədir. Bu, Dağlıq Qarabağ konteksində də önəmlidir”. Erməni separatçı bu cümlə ilə demək istəyir ki, Qolan təpələrini İsrail ərazisi kimi tanıyan Tramp eyni yanaşmanı Dağlıq Qarabağa münasibətdə də nümayiş etdirə bilər. Erməni separatçının bu “istəyi” aydındır. Aydın olmayan və aydınlaşdırılmağa açıq olan başqa məsələdir”.

Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyətinin Suriyadakı rejimlə sıx əlaqələri var, suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirirlər, ayrıca Suriyaya humanitar missiya göndəriblər:

“Bəşər Əsəd də ermənilərə simpatiya ilə yanaşır. Beynəlxalq aləm İsrailin işğalı altında olan Qolan təpələrini Suriya torpaqları sayır. İndi belə çıxır ki, erməni separatçıları Qolan təpələrini İsrail ərazisi saymaqla Suriya rejiminə xəyanət edir. Digər tərəfdən, Ermənistanın ağası olan Rusiya Trampın açıqlamasını tənqid edərək, Qolan təpələrini Suriya ərazisi sayır. İran da eyni mövqedədir. Elə biz də Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Demək, həm ruslara, həm iranlılara, həm də suriyalılara erməni separatçılarının onlara necə xilaf çıxdıqlarını xatırlatmaq lazımdır”.

Tarix
2019.03.25 / 23:16
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla