Yuxarı

Azərbaycanla Rusiyanı bir-birinə bağlayan... - Turçak

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cənubi Qafqazda əsas dövlətlərdən biridir. Azərbaycanla Rusiyanı bir-birinə bağlayan iqtisadi, tarixi və mədəni amillər çoxdur və bu əlaqələri də genişləndirmək üçün yaxşı perspektivlər var.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Rusiya Federasiya Şurasının vitse-spikeri Andrey Turçak bu fikri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin yekunlarını şərh edərkən söyləyib.

Federasiya Şurasının mətbuat xidməti Andrey Turçakın bu sözlərini sitat gətirir: “Uzun illərdir ki, biz azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk”.

A.Turçak xatırladıb ki, 2001-ci ildə Rusiya Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Saziş imzalanıb. Bu gün iki ölkənin parlamentlərinin əməkdaşlığı üzrə Parlamentlərarası komissiya həmin sənəd əsasında işləyir.

A.Turçak vurğulayıb ki, tərəflər regionlararası və beynəlxalq səviyyələrdə siyasi, iqtisadi və humanitar sahələrdə müntəzəm əsasda iş aparırlar.

Vitse-spiker bildirib ki, ikitərəfli və çoxtərəfli formatlarda daim qarşılıqlı əlaqə saxlanılır. Bu fəaliyyət, xüsusi halda, MDB iştirakçıları olan ölkələrin Parlamentlərarası İttifaqı və Parlamentlərarası Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası məkanlarında həyata keçirilir.

Senator deyib: “Biz bu qarşılıqlı fəaliyyətin konkret nəticələrini görürük”. A.Turçak hesab edir ki, Moskva ilə Bakı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki dövlətin xeyrinə olacaq.

Tarix
2019.04.15 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla