Yuxarı

Mnatsakanyanla Məmmədyarov bu barədə razılaşdı – Bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:38

Bu ilin 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari ilin 29 mart tarixində Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.

Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib.

***

Ermənistan, Azərbaycan, Rusiya xarici işlər nazirləri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskva görüşünün nəticəsi olan bəyanat qəbul ediblər.

Bəyanatda tərəflərin gərginliyin azaldılması tədbirlərini müzakirə etdiyi bildirilib. Görüşdə tərəflər Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vyana sammitində əldə edilən razılaşmaların inkişafı üçün sərhəd və təmas xəttində situasiyanı, eləcə də humanitar sahədəki qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ konfliktinin siyasi-diplomatik vasitələrlə həlli səylərinin davam etdirilməsini görüşdə bir daha təsdiqləyiblər:

“Konflikt zonasında xüsusilə kənd təsərrüfatı işləri zamanı situasiyanın bundan sonra stabilləşməsi üçün tərəflərin maraqlı olduqları qeyd edilib. Onlar həmçinin qarşılıqlı şəkildə tərəflərin ərazisində həbsdə olanlara qohum olan şəxslərin buraxılması üçün tədbirlərin görülməsi üçün razılaşıblar. Nazirlər insanlar arasında kontaktların bərpası, eləcə də KİV nümayəndələrinin qarşılıqlı səfərləri məsələsiylə bağlı praktik işlərin başlanılmasına hazır olduqlarını bəyan ediblər”, - bəyanatda bildirilib.

Tarix
2019.04.15 / 17:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla