Yuxarı

Moskva Qarabağda müharibənin qarşısını aldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində danışıqların intensivləşməsi müsbət haldır və Bakını qane edir.

Bunu Axar.az-a Azərbaycan-Ermənistan Dağlıq Qarabağ müşaqişəsinin tənzimlənməsi istiqamətində Moskvada aparılan danışıqlar prosesinin yekun nəticələri ilə bağlı danışan “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“Moskvanın bu təşəbbüsü əslində mühüm bir mətləbdən verir. Rusiya Qarabağ məsələsinin nizamlanması prosesini öz nəzarəti altında saxlamağa çalışır. Təbii ki, Moskvanın danışıqların davam etdirilməsi istiqamətində göstərdiyi təşəbbüs səbəbsiz deyil və real müharibənin qarşısını almağa yönəlib”, - politoloq bildirib.

Ekspert qeyd edib ki, danışıqlarda humanitar məsələlər barədə şifahi razılıqlar əldə edilsə də, müzakirələrin pərdəarxasında Minsk Qrupu həmsədrlərinin müəyyən rəqabəti hiss olunur:

“ABŞ Dövlət katibi Mayk Pompeonun növbəti görüşün Vaşinqtonda keçirilməsini təklif etməsi də bu rəqabətdən xəbər verir. Görünür, ABŞ da bundan sonra müzakirələrdə fəal iştirak etmək istəyir. Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində danışıqların intensivləşməsi müsbət haldır və Bakını qane edir. Çünki Ermənistanın ortaya artdığı məsələlər sadəcə bir bəhanədir və status-kvonun uzadılmasına xidmət edir. Bakı real və əsaslı danışıqlar gözləyir. Azərbaycan zərərçəkən tərəfdir və mövqeyi də kifayət qədər açıqdır”.

Tarix
2019.04.18 / 13:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla