Yuxarı

ABŞ və Rusiyanın Qarabağ rəqabəti: şanslar var - Markov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində təşəbbüsü Moskvanın əlindən almaq istəyir.

Bu barədə Report-a rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov ABŞ dövlət katibinin Dağlıq Qarabağ məsələsi üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların növbəti mərhələsinin Vaşinqtonda keçirilməsinə dair təklifini şərh edərkən bildirib.

"Vaxtilə Rusiya Suriyaya qoşun yeritdi və İŞİD ilə müharibəyə başladı. ABŞ da dərhal oraya qoşun göndərdi və koalisiyanın başında İŞİD-ə qarşı real mübarizə aparmağa başladı. Bir növ İŞİD-ə qarşı döyüşənlərin yarışması formalaşdı", - S.Markov deyib.

Onun fikrincə, rəsmi Vaşinqton Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinin real nəticə verəcəyini görən kimi Moskvanı qısqanıb.

"Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar", - rusiyalı ekspert bildirib.

Nizamlama perspektivləri barədə danışan politoloq münaqişənin həllinə ümid etdiyini vurğulayıb:

"Düşünürəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda artıq bu il ciddi irəliləyişə nail olunmasına dair yaxşı şanslar var".

Tarix
2019.04.19 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla