Yuxarı

Babayan inkar etdi: Meğri-Laçın razılaşması olmayıb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robert Köçəryanın 1999-cu ildə Meğrini Azərbaycana verməyə razılaşması xəbəri həqiqət deyil.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan deyib.

“Meğridəki ərazi 49 kilometrdir, Qarabağın nəzarətində isə 110 kilometrlik sahə var. Əgər 1999-cu ildə onların dediyi kimi danışıqlar aparılıbsa, o zaman onlar məndən iznsiz 100 kilometri necə verməyi planlaşdırırdılar. Mən o zaman Qarabağda “müdafiə naziri” idim. Onlar mənlə danışmalı idilər, amma heç bir danışıq olmadı. Meğri məsələsini heç vaxt eşitməmişəm”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan Robert Köçəryana ünvanlandığı açıq məktubunda onun 1999-cu ildə Meğrini Laçın dəhlizinin əvəzində Azərbaycana verməyə hazır olduğunu bildirmişdi.

Əslində bu məsələ Qobl planında öz əksini tapıb. Bu plana əsasən, Qarabağ Azərbaycana qaytarılmalı, Dağlıq Qarabağla Ermənistan, eləcə də Azərbaycanla Naxçıvan arasında quru yolu xəttinin təmini üçün Ermənistanın Meğri bölgəsi Azərbaycana, Laçın rayonu isə Ermənistanın nəzarətinə verilməli idi.

Planla bağlı aktiv iş 1999-cu ilin aprelindən oktyabrına qədər aparılıb. Belə ki, ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən planın gerçəkləşdiriləcəyinə dair yekun qərar 1999-cu ilin 22 avqustunda Azərbaycan və Ermənistan liderlərinin Cenevrə görüşündən sonra verildi. Həmin ilin oktyabrında ABŞ dövlət katibinin müavini Stroub Telbotun İrəvana səfərindən bir gün sonra Ermənistanda parlament teraktı baş verdi ki, bu da planın gerçəkləşdirilməsi imkanlarını sıfra endirdi.

Samvel Babayana gəlincə isə onun “müdafiə naziri” kimi fəaliyyəti 1999-cu ildə bitib. 2000-ci ildə isə o, qondarma rejimin liderinə qarşı sui-qəsddə ittiham edilərək həbs olunub və 4 il 6 aydan sonra əfv edilib.

Tarix
2019.04.19 / 17:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla