Yuxarı

İrəvanla imzalanan sülh sazişini polkovnik darmadağın etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun hadisələri Azərbaycan dövlətinin həyatında qırılma nöqtəsidir. Bu, böyük bir xəyanətdir. Söhbət ondan getmir ki, Xalq Cəbhəsi hakimiyyəti devrildi. Söhbət ondan gedir ki, həmin dövr Azərbaycanın dövlət olaraq inkişafında ciddi perspektivin yarandığı dönəm idi. Ən əsası da Dağlıq Qarabağ məsələsinin həll olunma anı idi. Azərbaycan 1988-ci ildə münaqişə yaranandan heç vaxt o zamankı qədər Qarabağ məsələsinin ədalətli həllinə yaxın olmamışdı. İyun ayında Azərbaycanın ərazi bütövlüyünə qəsd oldu.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-un “Brifinq” layihəsində mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov deyib. O bildirib ki, O dövrdə “3+2” adlanan bir format vardı. Kəlbəcərin işğalından sonra Türkiyə, ABŞ, Rusiya, Azərbaycan və Ermənistan arasında bir ay davam edən danışıqlar aparıldı:

“Bu, BMT-nin qətnamələrinə əsaslanan müzakirələr idi. Bu formatın gəldiyi yekun rəy belə idi ki, Ermənistan işğal etdiyi Kəlbəcər və Laçın rayonlarından öz qoşunlarını geri çəkir. Bundan sonra erməni qoşunlarının işğal ərazilərindən geri çəkilməsinin qrafiki müəyyən olunmuşdu. Bu baş tutduqdan sonra ərazilərdə sülhməramlı qüvvələr yerləşdiriləcəkdi. Danışıqlar davam etdirilirdi, payıza doğru Qarabağla bağlı böyük siyasi saziş imzalanacaqdı. Bununla Qarabağın statusu müəyyən olunacaqdı. Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir qədər genişləndirilmiş muxtariyyət verilməsindən söhbət gedirdi. Lakin həmin qiyamdan sonra Azərbaycan bu şansı itirdi”.

O.Qasımov deyib ki, iyunun 4-də Gəncədə başlayan qiyama Azərbaycan hökuməti bir həftə sonra qiyam adı verdi. İlk gündən hökumət buna qiyam demirdi. Səbəbi də bu idi ki, Ermənistanın bundan istifadə etməsini istəmirdi:

“Çünki “3+2” formatında 5 dövlət sənəd imzalamışdı. Eyni zamanda orada Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da imzası olmalı idi. Azərbaycanlı icması imzalamışdı, amma erməni icması imzalamamışdı. Bunda bir az da Moskvanın oyunu vardı. Petrosyan isə bildirmişdi ki, Qarabağda tabe olmaq istəməyən erməni hərbi hissələri var, ona görə də erməni icmasının sənədi imzalaması baş tutmur. Əbülfəz bəy isə açıq şəkildə bildirdi ki, həmin hərbi hissələrlə Azərbaycan ordusu məşğul olacaq. Əlbəttə, Rusiya üzərində Türkiyə və ABŞ-ın təzyiqləri vardı. Nəticədə iyunun 13-də bu məsələnin müzakirə ediləcəyi bildirildi və müzakirə olundu. Amma Gəncə qiyamından sonra Qarabağın erməni icması bəyanat verdi ki, “Azərbaycanda qeyri-müəyyənlik var. Biz bilmirik ki, danışıqları Əbülfəz Elçibəylə, yoxsa Surət Hüseynovla aparaq”.

Bununla da proses pozuldu. Qiyama dəstək verən siyasi qüvvələrin sayəsində və yaranmış hakimiyyət boşluğundan istifadə edilərək, Azərbaycan əraziləri işğal olunmağa başladı. Nəticədə Azərbaycan üçün ən önəmli məsələlər arxa plana keçdi. Biz tarixi şansımızı itirdik. Mənim qiyamda iştirak edənlərə qəzəbim bununla bağlıdır”.

Tarix
2019.04.24 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla