Yuxarı

Nazirdən Brüsseldə İrəvanla bağlı mühüm çıxış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ konfliktinin həll edilməməsi regional potensialın tam açılmasına ciddi maneə olaraq qalır.

Axar.az xəbər verir ki, bunu Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş görüşdə çıxışı zamanı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

“Bəzi regional perspektivlər, o cümlədən qarşılıqlı fəaliyyət, ticarət layihələri və digər təşəbbüslər həll edilməmiş konfliktlərin əsiri olaraq qalır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi daha böyük səviyyəli regional əməkdaşlığın əldə edilməsi üçün maneə yaradır. Biz gərək regionun potensialını tam açaq”, – deyə o bildirib.

O, Azərbaycanın bütün qonşularıyla yaxşı münasibətinin olduğunu və bəzi qonşularla bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib. Məmmədyarov Azərbaycanın regionda, eləcə də AB ilə münasibətlərdə özünü etibarlı tərəfdaş kimi doğrultduğunu bildirib. Buna rəğmən o, AB və Azərbaycan arasında bəzi məsələlərdə təkmilləşdirilməyə ehtiyac olduğunu söyləyib.

XİN rəhbəri AB ilə qonşuluq siyasətinin hədəflərinə çatması üçün Azərbaycan-Ermənistan konfliktinin həll edilməsi və Azərbaycan torpaqlarının işğalının aradan qaldırılması gərəkdiyini vurğulayıb:

“2013-cü ilin oktyabrında Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə əsasən, AB-nin heç bir tərəfdaşı digər tərəfdaşının ərazilərini işğal edə bilməz. Bununla da bütün şeylər öz adıyla təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və digər ATƏT sənədləri tərəfindən yox, həm də AB-nin öz qanunverici orqanları tərəfindən çağırılmış olur”.

O, Şərq Tərəfdaşlığının gələcəyinin regionda stabillik və təhlükəsizliyin qorunmasından keçdiyini bildirib:

“Bunun üçün AB və onun üzvləri, Şərq Tərəfdaşlığının bütün iştirakçıları ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl etməli və tam dəstəkləməlidirlər. Bütün səviyyələrdə və formatlarda qəbul edilən sənədlərin əsasında bu mövqedən çıxış etmək lazımdır və məhz bu yanaşma əsas aspekt kimi qəbul edilə bilər”.

Məmmədyarov azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmini üçün substantiv danışıqların aparılmasının vacib olduğunu qeyd edib:

“Qeyd etmək istəyirəm ki, Ermənistanın demokratik inkişafı bütün ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa itələyəcək. Bu öz növbəsində Dağlıq Qarabağ konflikti nəticəsində etnik təmizləməyə məcbur qalmış azərbaycanlıların evlərinə dönüşünə gətirib çıxaracaq”.

Tarix
2019.05.14 / 13:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla