Yuxarı

Qanı bizdən olan bu satqınlar... - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatları gözü götürməyənlər hər vəchlə buna qarşı çıxmağa çalışırlar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya həyata keçirmək cəhdi barədə danışarkən deyib. O, həmin şəxslərin milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumda olduqlarını bildirib:

“Ölkəmizdə hər sahədə sabitlik hökm sürür. Bu gün Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə böyük sosial tədbirlər həyata keçirilir. Bütövlükdə ölkə Prezidentinin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının təmin olunması, ölkənin iqtisadi potensialının, siyasi qüdrətinin, müdafiə gücünün daha da yüksəldilməsidir. Bu istiqamətdə çox böyük işlərə imza atılıb və Prezident islahatların yenə də davam edəcəyini bildirib.

Bu gün Azərbaycan iqtisadiyyatı biznes mühitinə görə dünyada 25-ci yerdə qərarlaşıb. Ölkəmiz artıq Şərqlə Qərb arasında böyük bir logistik mərkəzə çevrilib. Avropanın enerji təchizatında çox etibarlı tərəfdaşdır. Əlbəttə, bunları gözü götürməyən, qəbul etməyən, görülən işləri həzm edə bilməyən erməni lobbisinə, erməni diasporuna bağlı mərkəzlər var ki, bunlar xaricdə məskən salan, qanı bizdən olub əqidəsi özümüzdən olmayan Azərbaycan vətəndaşlarını bu və ya digər formada ələ alırlar. Çox təəssüf ki, bu dairələr satqınları maliyyələşdirərək, dövlətini və xalqını unutdura bilirlər”.

Millət vəkili ölkəmizin beynəlxalq mövqeyinin güclənməsi istiqamətində görülən işləri həzm edə bilməyən və buna qarşı çıxan kəslərin heç bir siyasi çəkiyə malik olmadığını söyləyib:

“Bu şəxslər siyasi proseslərə hansısa formada təsir etmək iqtidarında deyil. Çünki Azərbaycan xalqı bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Bu yaxınlarda Fransanın beynəlxalq təşkilatının Azərbaycan əhalisi arasında keçirdiyi rəy sorğusunun nəticələri xalqın iqtidara olan dəstəyini bir daha sübuta yetirdi”.

Tarix
2019.05.14 / 13:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla