Yuxarı

DİA-da Bakı-Nur-Sultan əlaqələri müzakirə olundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya” mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, Milli Məclis deputatlarının, ekspertlərin, professor və müəllim heyətinin iştirak etdiyi tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişaf mərhələlərindən danışıb. O, iki dost və qardaş ölkə arasında əməkdaşlığın qurulmasında və inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstan lideri Nursultan Nazarbayevin müstəsna xidmətlərindən bəhs edib.

Akademik U.Ələkbərov bildirib ki, Heydər Əliyev dövründə başlamış siyasi kursun bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyub.

Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu da iki ölkə arasındakı dostluq münasibətlərinin əhəmiyyətini diqqətə çatdırıblar.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, deputatlar Cavanşir Feyziyev, Aydın Hüseynov, Azər Badamov, və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbir iştirakçıları 9 iyunda Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisinin nəticələrinin ölkələrarası münasibətlərin növbəti dövrdə daha uğurlu mərhələyə keçməsinə rəvac verəcəyini söyləyiblər.

Çıxışçılar seçkidən sonrakı mərhələdə də qonşu və dost dövlətin prioritetlərinin və xarici siyasət kursunun dəyişməyəcəyinə ümid etdiklərini bildiriblər.

Tarix
2019.05.14 / 14:55
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

İlham Əliyevin Rusiyaya səfəri başa çatdı

Putin və Heydər Əliyev bunun əsasını qoyublar - Prezident

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi

BAM XXI əsrdə qlobal logistikanı müəyyən edəcək - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla