Yuxarı

Nazir müavini Aşqabadda elm forumunda

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu işə başlayıb. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Xatırladaq ki, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Axar.az xəbər verir ki, forumda mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, o cümlədən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev və başqaları daxildir.

Forumun mövzusu “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq”dur.

Tədbirin açılış mərasimimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda Türkmənistanın MDB çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyi, 2012-ci ildə ölkənin Marı, 2016-cı ildə isə Daşoğuz şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan edildiyi diqqətə çatdırılır.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tədbirdə çıxış ediblər.

Forumun açılış mərasimindən sonra plenar və “Birliyin mədəniyyəti: dialoqun universal dili”, “MDB-də təhsil və elm: əməkdaşlığın yeni formatları”, “MDB-də kitab ili” mövzularında bölmə iclasları başlayıb.

İclaslarda elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq formatı, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması məsələlərini müzakirə edirlər. MDB məkanında keçirilən “2019 – Kitab ili” ilə əlaqədar kitabların nəşri və oxunması mövzusu da diqqət mərkəzindədir. “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü çərçivəsində isə xüsusi iclasın keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, forumda MDB-nin əsas dövlətlərarası mükafatı - "Birlik ulduzları"nın təqdimat mərasimi də keçirilib. Mükafata layiq görülənlər arasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayev də var. Forum mayın 16-da başa çatacaq.

Tarix
2019.05.15 / 17:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla