Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2019


Putinin “yanğınsöndürən” sözü nədən xəbər verir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin son çıxışında ABŞ-la yanaşı İranı da tənqid etdi.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Bildirilib ki, Rusiya prezidentinin son çıxışında dediyi sözlər bir sıra vacib məqamlardan xəbər verir:

“ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Rusiyaya səfərini belə izah edənlər tapıldı ki, İran məsələsində Vaşinqtonla Moskva arasında razılıq mümkündür. Putin qeyd etdi ki, Rusiya hər zaman İranı müdafiə edə bilməz. Putin hətta belə bir ifadə də işlətdi ki “Rusiya yanğınsöndürən deyil ki, hər yerə özünü çatdırsın”. Rusiya lideri hardasa haqlıdır. Suriyada təhlükə yaranır, Bəşər Əsəd rejimi Rusiyanı köməyə çağırır, Venesuelada çevrilişə cəhd olunur, Prezident Nikolas Maduro Rusiyaya müraciət edir, indi də Tehran Rusiyadan dəstək istəyir. Putin Rusiyanın hər yerdə ABŞ və digər ölkələrlə toqquşmaqdan yorulduğunu demək istəyir. Çünki bu halda həm Rusiyaya qarşı sanksiyalar sərtləşir, həm də Rusiya enerjisini və pulunu kənarda xərcləmək məcburiyyətində qalır. Halbuki, bu enerjinin və pulun daxildə xərclənməsinə və dərin iqtisadi və sosial problemlərin həllinə ehtiyac var”.

Təhlildə Rusiya prezidentinin İranın nüvə razılaşmasından çıxması barədə söylədiklərinə də diqqət çəkilib:

“Rusiya prezidenti İranın nüvə anlaşmasından çıxmamasının vacibliyini bildirdi. Halbuki İran Prezidenti Həsən Ruhani ABŞ-ın siyasəti dəyişməsə, İranın iki ay ərzində nüvə razılaşmasından çıxacağını deyib. Bu yanaşma Avropa ilə yanaşı, Rusiyanı da narahat edir. Çünki İranla nüvə razılaşmasına ABŞ-la yanaşı, Avropa dövlətləri və Rusiya da imza atıb”.

Təhlildə Putinin səsləndirdiyi fikirlərə baxmayaraq, Rusiyanın ABŞ-ın İrana qarşı sanksiya siyasətini qəbul etmədiyi vurğulanıb:

“ABŞ-ın İranı vurması üçün Rusiyanın razılığına ehtiyacı yoxdur. Çünki Kreml heç vaxt İranın vurulması üçün ABŞ-la açıq və ya gizli razılaşmaya getməz. Vaxtilə Rusiya Bəşər Əsədə məhz ona görə hərbi dəstək verdi ki, bu ölkədə hakimiyyət dəyişikliyi ABŞ-ın istədiyi şəkildə baş verməsin. ABŞ-la Rusiyanın maraqları fərqlidir. Ona görə də bütün digər məsələlərdə olduğu kimi İran mövzusunda da Vaşiqntonla Moskva arasında razılaşma mümkün deyil. İrana qonşu olan heç bir ölkə bölgədə təlatüm və müharibə istəməz. Rusiya da bu mövqedən çıxış edir. İranda hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına cavab vermir. Bir anlığa təsəvvür edin ki, İranda şah rejimi bərpa edildi, keçmişdə olduğu kimi Pəhləvi sülaləsi ABŞ-ın bütün tapşırıqlarını yerinə yetirməyə başladı. Rusiya qonşuluğunda ABŞ-a müttəfiq dövlətin formalaşmasına razılaşmaz”.

Tarix
2019.05.16 / 17:13
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Zurabişvilidən növbəti Keşikçidağ açıqlaması

Azərbaycanlıların prezidenti olmaqdan fəxr edirəm - Salome

İqtidarda heç nəyə yaramayan adamlar var – Millət vəkili

İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı

İlham Əliyev rusiyalı nazirlə görüşdü

Azərbaycan hücuma keçərsə... - Erməni təşvişinin səbəbi

Misirli professor: Əlimdən gələni edəcəyəm ki, Azərbaycan...

Oqtay Əsədov Bundestaqın üzvləri ilə görüşdü

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Dünya liderlərinin Prezidentə təbrikləri davam edir

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla