Yuxarı

Sensasion iddia: İran ABŞ-a nüvə zərbəsi endirə bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vol Strit Jurnal” qəzeti İran ətrafındakı vəziyyətin Donald Tramp administrasiyasında fikir ayrılıqlarına səbəb olduğunu yazıb. Nəşrə danışan mənbənin sözlərinə görə, Ağ Evdə çoxları ABŞ-a qəzəblənmiş İranın ilk olaraq nüvə zərbəsi endirməsi ehtimalını istisna etməsə də, bir hissəsi İranın genişmiqyaslı müharibə törətməkdən çəkindiyi üçün ABŞ-ın fəaliyyətlərinə sadəcə cavab verməyə hazırlaşdığını düşünür.

Bu məlumat isə İranın nüvə silahına malik olduğu təsəvvürünü yaradır.

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, İran hazırda ABŞ-a nüvə zərbəsi endirmək gücünə malik deyil:

“Zənn etmirəm ki, İran ABŞ-a nüvə zərbəsi endirsin. Çünki əvvəla, İran hələ nüvə silahının istehsalını başa çatdırmayıb. Bir atom bombasının istehsalı üçün ən azı 300 kq saflaşdırılmış uran lazımdır. İran isə hələ o həddə çatmayıb. Ola bilsin ki, atom bombasının bir az çirkli variantı - atom elektrik stansiyalarında işlənmiş uraniumun qalıqlarından bomba hazırlasın, amma belə bombaların effekti çox zəif olur. Çirkli bombalar demək olar ki, dağıdıcı qüvvəyə malik deyil. Bütün hallarda söhbət ballistik raketlərin daşıya biləcəyi başlıqlardan gedirsə, bu bombalar bir işə yaramayacaq.

Nəzərə almaq lazımdır ki, bu saat Yaxın Şərqdə, İsraildə və ABŞ-da hava hücumundan müdafiə sistemləri bütün sutkanı dayanmadan işləyir. İran ərazisindən hətta orta mənzilli bir raket belə qalxsa, o, dərhal öz ərazisində vurulacaq. Ona görə də İranın hansısa dövlətə nüvə zərbəsi endirməsi ehtimalı sıfıra bərabərdir”.

Tarix
2019.05.18 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla