Yuxarı

Paşinyan generalların məruzəsini dinlədi, “nitqi tutuldu”...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən bazar bütün gün ərzində Müdafiə naziri David Tonoyanla və Baş qərargahın rəisi Artak Davtyanla məxfi müşavirə keçirib.

Virtualaz.org xəbər verir ki, müşavirədə müdafiə nazirinin və Baş qərargah rəisinin Paşinyana nə məruzə etdikləri məlum deyil.

“Amma bir məsələ aydındır: söhbət təmas xəttindəki gərgin vəziyyətdən və Azərbaycanın mümkün hücumundan gedib. Habelə məruzə olunub ki, Azərbaycan mayın 20-də 10 minlik qüvvənin iştirakı ilə təlimlərə başlayır. Bizim məlumatlarımıza görə məhz bu xüsusatlar, habelə ötən gün məhkəmələrə girişi bağlamaq çağırışı ilə küçələrə çıxanların sayının azlığı Paşinyanı ritorikanı dəyişməyə, eyforik və aqressiv bəyanatlardan daha konstruktiv məkana keçməyə məcbur edib”-Ermənistanda nəşr edilən “Past” qəzeti belə yazır.

Bildirilir ki, Paşinyan əvvəlcədən planlaşdırılmış çıxışının mətninin böyük hissəsini dəyişdirib və çıxışı tamam başqa variantda təqdim edib.

Xəbər verildiyi kimi bazar günü İrəvan məhkəməsi eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın qondarma “prezidentinin” müraciəti əsasında zaminə buraxıb. Nəticədə Köçəryanın aleyhdarları küçələrə çıxıb. Paşinyan isə Ermənistanda inqilabın “ikinci mərhələsinin” başladığını elan edib və tərəfdarlarını məhkəmələrə giriş-çıxışı bağlamağa çağırıb. Bu aksiya günorta saatlarına qədər davam edib. Paşinyan da tərəfdarları qarşısında çıxış edib və keçmiş rejimin Qarabağdakı tərəfdarları ilə birlikdə Ermənistan hakimiyyətinə qarşı qəsd planı hazırladığını deyib. Onun sözlərinə görə, bu qəsd Qarabağda müharibənin başladılmasını və ola bilsin “bəzi ərazilərin” verilməsini nəzərdə tutur.

Tarix
2019.05.21 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla