Yuxarı

Paşinyan “7 rayonu qaytaraq” deyib... – MTN zabiti

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 2007-ci ildə Paşinyan belə bir bəyanatla çıxış etmişdi ki, 7 rayonu saxlamaq üçün onların nə iqtisadi, nə siyasi, nə də hərbi gücü var. Yəni 7 rayon məsələsi o vaxtdan vardı. Paşinyana indi də onu irad tuturlar ki, sən vətən xainisən, bu məsələlərdə niyə vaxtilə Azərbaycanın xeyrinə olan bəyanatla çıxış etmisən.

Axar.az xəbər verir ki, bu sözləri Trend İnformasiya Agentliyinin baş direktor müavini, politoloq, sabiq MTN zabiti Arzu Nağıyev Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı olarkən deyib.

Politoloq Qarabağ müharibəsi ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib:

“Qarabağ münaqişəsində ermənilər Xocalıda ona görə qəddarcasına qətliam törətdilər ki, insanlar digər proseslərdə bundan qorxsun. Kimə nə deyirdin, qayıdırdı ki, Xocalının gününə qoyacaqlar. Onlar çox güclü taktika seçmişdilər, ən hündürdə Şuşa idi, Şuşanın ardınca Laçın alındı, sonra Kəlbəcər getdi. Kəlbəcər də bu biri tərəfdən hündürlükdür, Ermənistan tərəfdən keçiddir. Bütün proseslər hazırlanmışdı. Kimin hakimiyyətə gəlib-gəlməməsi ikinci məsələ idi. Lakin elə taktika seçilmişdi ki, Azərbaycan xalqının gözü qorxsun”.

Çaykənd əməliyyatı haqda da danışan Arzu Nağıyev əməliyyatın tam baş tutduğunu deyib:

“O zaman Azərbaycanda ruslar da vardı, Gəncə istiqamətində desant alayı dayanmışdı. Elə vəziyyət yaranmışdı ki, ermənilər dünyanın hər yerindən terrorçuları gətirmişdilər. Çaykənd əməliyyatında artıq Azərbaycan diktə edən tərəf kimi çıxış elədi və yollar açıldı. Orada bir problem yarandı, bir ermənini öyrətdilər, elə vəziyyət yarandı ki, bizim zirehli texnikanın birinin “lükünü”nu açıb qranatı tutdular ki, ya buranı partladırıq, ya da əməliyyat dayansın. Bu, düşünülmüş məsələ idi. Adları çəkməyin yeri yoxdur, orada müxtəlif şəxslər var idi, yəni əməliyyat tam şəkildə baş tutdu”.

Tarix
2019.05.21 / 16:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla