Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 İyun 2019


İlham Əliyev Çinin XİN başçısı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İnin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı, ilk növbədə, Çində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə Çin tərəfinə minnətdarlığını bildirərək, bunu iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Forumun uğurla keçirilməsi və bu mötəbər beynəlxalq tədbirdə qəbul olunan qərarlar münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı, eyni zamanda, Çin Xalq Respublikasının Sədri Si Szinpinin 28 May - Respublika Günü münasibətilə təbrik məktubunu göndərməsi ilə bağlı minnətdarlığını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev bildirib ki, Çinə son səfəri zamanı Çin Prezidenti ilə keçirilən görüşlər və aparılan səmərəli müzakirələr əlaqələrimizin strateji xarakter daşımasını bir daha təsdiq edib. Dövlət başçısı Çin Xalq Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın çox yüksək səviyyədə olmasını nümayiş etdirdiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir. İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu qeyd edib. Prezident İlham Əliyev bir daha Çin Xalq Respublikasına səfərini xatırlayaraq, orada Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Asiya və Avropa arasında vacib tranzit məntəqəsinə çevrilib və nəqliyyat sahəsinin inkişaf etdirilməsi ölkəmizin prioritetlərindən biridir. Dövlət başçısı deyib ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və ölkəmizin nəqliyyat infrastrukturu bu layihə çərçivəsində nəqliyyat daşımaları üçün istifadə edilə bilər.

Xarici İşlər naziri Van İ Çin Xalq Respublikasının Sədri və onun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin dostu Si Szinpinin salamlarını dövlət başçısına çatdırıb. Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını deyib. O bildirib ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Van İ qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb.

Dövlə başçısı Çin Xalq Respublikasının Sədri Si Szinpinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb, nəqliyyat, enerji, sənaye, turizm və informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Tarix
2019.05.23 / 14:26
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ermənilərdən acı etiraf: Məğlub olduq

Mehriban xanımın bu tərifəlayiq addımı… - Fazil Mustafa

Əliyev, Putin və Ruhani görüşür: Vaxt açıqlandı

"Bu, İrəvanın təcavüzkar siyasətini bir daha təsdiq edir"

Tacikistanda mühüm sammit başladı: Bakını o təmsil edir

İlham Əliyev 4 fərman, 2 sərəncam imzaladı

Novruz Məmmədov Tacikistanda səfərdədir - Foto

Nikol buna da sussa, demək, Kremldən dəhşət qorxur – Şərh

Tonoyanın əsgərimizi öldürmək əmri... - Bakıdan sərt cavab

Parlament büdcə ilə bağlı qanunu qəbul etdi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla