Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Sentyabr 2019


Bakı və İrəvan üçün təklif hazırlanır - Rusiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Minsk qrupunun həmsədrləri mayın sonunda regiona səfəri zamanı əsirlərlə bağlı məsələ üzrə təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək.

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qurulması vasitəsi kimi əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi” və bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına proyeksiyası barədə bəyanatı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Nazirlikdən xatırladıblar ki, 2010-cu ilin oktyabrında Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı hərbi sahədə etimad tədbirlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub:

“Bu məqsədlə ATƏT Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Bakı və Yerevan gələcəkdə bu yanaşmanı rəhbər tutmaq barədə razılıq əldə ediblər. Hesab edirik ki, bu razılaşma öz aktuallığını qoruyur. Əsirlərin dəyişdirilməsi ilə bağlə məşvərətlər davam edir”.

Rusiya XİN-dən bildiriblər ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada keçirilmiş görüş zamanı, tərəflərin ərazilərində girovluqda olan şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində onları qohumlarının qarşılıqlı əsasda ziyarət etməsi ilə bağlı tədbirlər görmək üçün hazır olduqlarını təsdiq ediblər:

“ATƏT Minsk qrupunun həmsədrləri bununla bağlı müvafiq təkliflər hazırlayıb və bu təklifləri bu ayın sonunda tərəflərə təqdim edəcək”.

Tarix
2019.05.23 / 14:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə vitse-prezidenti Bakıda - Foto

Məmmədyarovun Avropa səfəri başladı

Fransız deputatların Qarabağ səfəri pisləndi: Təxribat...

Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri

Özbəkistan prezidenti Bakıya gəlir

Mehriban Əliyeva şagird və tələbələri təbrik etdi

İlham Əliyevdən Bilik Günü ilə bağlı paylaşım

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlir

İrəvanın Bakıya Qarabağ təklifi: Qarşılığı nə olacaq? - Brayza

İlham Əliyev yeni səfirlərlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla