Yuxarı

Misirli professor: Əlimdən gələni edəcəyəm ki, Azərbaycan...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsəmə əl-Abd İslam Universitetləri Assosiasiyasının baş katibi seçilib.

Axar.az-ın Azərtac-a istinadən məlumatına görə, o deyib ki, bu vəzifədə çalışdığı müddətdə Azərbaycan universitetlərinin dünya universitetləri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

“Mən Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafına töhfə vermək niyyətindəyəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələri genişlənsin, yaxın gələcəkdə Azərbaycan universitetləri bu böyük beynəlxalq təşkilata üzv qəbul olunsun”, - deyə o əlavə edib.

Üsəmə əl-Abd ölkələrimiz arasındakı əlaqələri yüksək qiymətləndirib. O qeyd edib ki, İslam Universitetləri Assosiasiyasının əsas məqsədlərindən biri də müsəlman ölkələrindəki təhsil ocaqlarını əlaqələndirmək, onların arasında münasibət qurmağa yardım göstərmək, müvafiq tədbirlər keçirməkdir.

Hazırda bu assosiasiyaya 200 universitet daxildir. Bu qurum bütün dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlıq edir.

Tarix
2019.05.23 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla