Yuxarı

Azərbaycan hücuma keçərsə... - Erməni təşvişinin səbəbi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-də başlayan Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri bu gün başa çatır. 4 gün davam edən təlimlərdən düşmən Ermənistan ciddi şəkildə narahat olub.

Erməni mətbuatında Azərbaycanın hücuma hazırlaşdığı barədə xəbərlər dərc olunmaqdadır. Hətta erməni Baş nazir Nikol Paşinyanın hücum planından narahat olduğunu ermənilərin özləri təsdiqləyirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Ermənistandakı mövcud durumdan yararlanmasını vacib sayır:

“Ən əlverişli zamandır. Çünki Ermənistanın özündə qarışıqlıqdır. Paşinyan ”Qarabağ klanı" ilə faktiki savaşa girişib. Açıq deyim ki, biz bu savaşın qızışmasında daha çox maraqlı olmalıyıq. Çünki vaxtilə 90-cı illərdə Azərbaycanda xaos, hakimiyyət boşluğu olanda erməni separatçıları Rusiyadakı bəlli mərkəzlərin dəstəyi ilə torpaqlarımızı işğal etdi.

Eyni situasiya Ermənistan üçün də yarana bilər. Diplomatik və hərbi təzyiqlərimizi artırmalıyıq. Təlimlər də təzyiqin bir növüdür. Fikir verin, Paşinyan insanları məhkəmənin qarşısında yığışmağa çağırmışdı, amma sonradan fikrini dəyişdi. Qorxdu ki, təlimlər keçirilir və Azərbaycan bundan istifadə edə bilər. Genişmiqyaslı təlimlərin davamlı olmasının çox ciddi siyasi və hərbi məqsədi var. Biz Ermənistana psixoloji və hərbi təzyiqləri artırmalıyıq. Eyni zamanda təlimlərin sayını da artırmaq lazımdır".

Hərbi icmalçı Ramil Məmmədli bu təlimlərin önəmindən danışıb:

“Orduda təlim və məşqlər real döyüşdə qələbənin - uğurun əsasını təşkil edir. Bu, qəbul olunmuş düsturdur. Azərbaycan ordusu da onun qarşısına qoyulan vəzifənin icrası üçün ilbəil təlimlərin sayını artırır. Son illərdə isə ordumuz ildə bir neçə dəfə irimiqyaslı təlimlər keçirir. Bu təlimlər hərbi birləşmələrin əlaqəli döyüş aparmaq bacarığını daha da təkmilləşdirir və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün başlanacaq hərbi əməliyyatlarda qələbə çalacağımıza ümid verir. O ki qaldı təlimlərin niyə bu günlərdə keçirilməsinə, əlbəttə ki, bununla bağlı konkret fikir söyləmək mümkün deyil. Lakin düşünürəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımların hər birində siyasi çalarlar olur. Bu təlimi də biz Ermənistana, onu dəstəkləyən qüvvələrə ismarış kimi də qiymətləndirə bilərik. Yəni bu iri miqyaslı təlimləri təsadüfi kimi qiymətləndirmək də sadəlövhlük olardı. Məhz düşmən tərəfdə yaranan narahatlığın da səbəbi budur. Ermənilər bu irimiqyaslı təlimin onlara bir təhdid olduğunu yaxşı anlayırlar. Hər bir təlimdə Azərbaycan ordusunun silah arsenalını - texniki imkanlarını görən düşmən müharibədə məğlub olacağını anlayır. Elə buna görə də Ermənistanın yeni rəhbərliyi Azərbaycanla təmasdan yayınır və prosesin belə dondurulmuş şəkildə qalmasına çalışır. Amma Azərbaycan ordusunun keçirdiyi hər belə təlim ermənilərdə ciddi narahatlığa səbəb olur. Elə buna görə də həyasızlığa əla ataraq beynəlxalq təşkilatların diqqətini bölgəyə çəkməyə çalışırlar. Azərbaycan ordusu isə təlimlərin mərhələlərinin böyük hissəsini cəbhə bölgəsində keçirir. Bunun özü də ermənilərə xatırlatmadır. Belə vəziyyətlərdə erməni hərbçilərinin populist çıxışları narahatlığın qarşısını ala bilmir. O ki qaldı təlimlərin real döyüşə çevrilməsi haqda fikirlərə, mənə görə bu inandırıcı arqument deyil. Çünki hücum gözlənilən anda deyil, gözlənilmədən həyata keçiriləndə effektiv olur. Bunu isə Azərbaycan ordusunun professional komandan heyəti bilir. O baxımdan Azərbaycanın təlimlərinin düşmən üzərinə yürüşə çevrilməsi haqda deyilənlər, sadəcə, fikirlərdir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli Azərbaycanın hər an müharibəyə başlamaq hüququnun olduğunu bildirib:

“Azərbaycan hər il bu cür təlimlər keçirir. Bunun üçün güclü ordumuz, büdcəmiz və ali baş komandanımızın tətbiq etdiyi plan var. Bu plana uyğun olaraq hər il genişmiqyaslı təlimlər keçiririk. Ermənistan tərəfin narahatlığına gəlincə, Azərbaycanın BMT-nin nizamnaməsinin bəndlərinə uyğun olaraq, hüquqi var ki, torpaqlarını istədiyi vaxt işğaldan azad etsin. Hər bir dövlətin olduğu kimi, Azərbaycanın da suveren hüquqi var. 2016-cı ilin aprel döyüşləri çox şeyi sübut etdi. Hamımız onu gözləyirik ki, əməliyyatlar başlasın. O əməliyyat olarsa, bu dəfə Ermənistan daha ağır zərbə alacaq, ordumuz Qarabağı azad edəcək. Belə olan halda Ermənistanın dövlət kimi yeri regionda başqa cür olacaq. Sülh yolu ilə haqq-ədalət yerini tutmalıdır. Azərbaycanın bir nömrəli məsələsi Qarabağdır. Silahlı qüvvələrimizin qarşısına qoyulan əsas məsələ toraqlarımızı işğaldan azad etməsidir. Bu təlimlər hər an hazırlıqlı vəziyyətdə olmaq üçündür. Əməliyyatlar təlimlər gedə-gedə də, yaxud təlimlərdən əvvəl və ya sonra da ola bilər. Bunu heç kəs proqnozlaşdıra bilməz. 2016-cı il 31 martda kimsə bilmirdi ki, bir gün sonra döyüşlər olacaq, ermənilər ağır zərbə alacaqlar. Bunu ancaq Azərbaycan rəhbəri müəyyənləşdirə bilər”.

Musavat.com

Tarix
2019.05.24 / 09:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla