Yuxarı

Yi Rusiyanın xətrinə İrəvana getdi: Layihəyə dəstək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Xarici İşlər naziri Vanq Yi Bakıdan sonra İrəvana yollanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında iqtisadi əlaqələrin perspektivindən ağız dolusu danışıdıqdan sonra Dağlıq Qarabağ məsələsində balanslı mövqeyinə görə Çinə minnətdarlığını bildirib.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Çinin XİN rəhbərinin Bakıda olarkən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiklərinə də diqqət çəkilib:

“Çinin Xarici İşlər naziri bir neçə gün əvvəl Bakıda Prezident İlham Əliyevlə görüşdə ölkəsinin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini söyləyib. Çinli nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə isə ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğulayıb. Yəni hardan baxsaq, Pekin Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır. Çinin başqa cür yanaşması sual doğurardı, çünki özünün də oxşar problem var və Pekin Tibet və uyğur bölgəsinin ona aid olduğunu mübahisə predmeti saymır.

Buna baxmayaraq, Paşinyanın tam haqsız olmadığını da söyləmək mümkündür. Çin “Bir kəmər, bir yol“ layihəsində Azərbaycandan faydalanmaq istəyir. Bu məqsədlə dövlət başçısı İlham Əliyev Pekindəki beynəlxalq konfransa dəvət olunub. İlham Əliyev ayrıca Çinin müxtəlif şirkətləri ilə 850 milyon dəyərində müqavilələr imzalayıb. Həmin konfransa Paşinyan dəvət olunmamışdı. Ancaq Pekin daha sonra Paşinyanı “Asiya sivilizasiyaları dialoqu” konfransına dəvət etdi. Doğrudur, İlham Əliyevin səfərindən fərqli olaraq Paşinyan Çində hansısa iqtisadi müqavilə imzalamadı. Ancaq çinli nazirin İrəvana səfəri zamanı o da məlum oldu ki, Pekin Ermənistanın iştirakçısı olduğu “Şimal-Cənub” avtomagistralına maraq göstərir. İrəvan Çinin bu layihədə iştirakını “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi kimi qələmə verir və Pekin buna etiraz etmir”.

Mərkəzin təhlilində Ermənistanın iştirakını nəzərdə tutan “Şimal-Cənub” avtomagistralının yenidən qurulmasının Çin üçün əhəmiyyətindən də bəhs edilib və Pekinin Moskvanin xətrinə İrəvanı bu layihəyə cəlb etdiyi qeyd olunub:

“Bu layihənin iqtisadi dəyəri haqqında müsbət rəy yoxdur. Magistral Rusiya və İranı Ermənistan yolu üzərindən birləşdirməlidir. Görünür, İrəvan bu layihəni Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” dəmiryol layihəsinə alternativ kimi görür. Azərbaycanın iştirakçısı olduğu layihə hazırdır. Ermənistan isə öz layihəsini hələ reallığa çevirməlidir.

Pekinin xəyali layihəyə marağının arxasında Rusiya amili dayanır. Ermənistan bölgədə Rusiyanın hərbi-strateji müttəfiqidir. Pekin də Moskva ilə strateji münasibətlər qurub. Ona görə də Pekin Moskvanın Cənubi Qafqazdakı maraqlarını nəzərə almamış deyil və bu mənada Ermənistana da əl uzatmaq istəyir. Doğrudur, Çin-Azərbaycan iqtisadi əməkdaşlığı Çin-Ermənistan əməkdaşlığını bütün parametrlər üzrə üstələyəcək. Ancaq Pekin Moskvanın xətrinə Ermənistanı da unutmayacaq”.

Qeyd edək ki, Çinin Xarici İşlər naziri Vanq Yi Bakıdan sonra İrəvana səfər edib.

Tarix
2019.05.27 / 14:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla