Yuxarı

Gəncəliyev ermənicə müraciət yaydı - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncəliyev ermənicə müraciət yaydı - Video

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi ermənilərə çağırış edib.

Axar.az xəbər verir ki, icma ermənilərdən işğal altında olan ərazilərimizdə xalqımıza məxsus tarixi və mədəni abidələrimizi dağıtmağa son qoymalarını tələb edir:

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağırış edib. Ermənistan ictimaiyyəti üçün erməni dilində hazırlanan video-çarxda Bakıdakı erməni kilsəsinin vəziyyəti ilə işğal altında olan ərazilərimizdəki tarixi və mədəni abidələrimizin durumu arasında paralellər aparılıb. Vurğulanıb ki, Azərbaycan Hökumətinin qərarı ilə erməni kilsəsi “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edildiyi halda işğal altında olan ərazilərdə dini abidələrimiz məhv edilir. Əfsuslar olsun ki, Azərbaycan dövləti belə bir addım atdığı halda Ermənistan işğal etdiyi Dağlıq Qarabağ regionu və ətraf rayonlarda xalqımıza məxsus izləri silməyə, tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv etməyə çalışır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Azərbaycanda isə ermənilər də daxil olmaqla, digər etnik azlıqlara məxsus maddi və mədəni irs nümunələrinə hər zaman hörmət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, Azərbaycanda əsrlərdən bəri mövcud olan multikulturalizm və tolerantlıq ənənələri xalqımızın yaşam tərzinə çevrilib. İnanırıq ki, yaxın vaxtlarda biz öz torpaqlarımıza qayıdıb dağıdılmış tarixi, mədəni, dini abidələrimizi bərpa edərək onlara yenidən həyat bəxş edəcəyik”.

Tarix
2019.06.04 / 09:06
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla