Yuxarı

Petrosyan niyə “Müharibəni yox, döyüşü udmuşuq” deyirdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Levon Ter-Petrosyan xüsusi vurğulayırdı ki, Dağlıq Qarabağ münaqişəsi yalnız dinc danışıqlar yolu ilə nizamlanmalıdır; status-kvonu uzun müddət saxlamaq mümkün deyil, çünki buna nə dünya birliyi imkan verər, nə də Ermənistanın iqtisadi potensialı; münaqişənin nizamlanmamış vəziyyəti Qarabağa və Ermənistana sərfəli deyil, çünki bu, Ermənistanın və deməli, Qarabağın da iqtisadi inkişafına ciddi əngəl törədir, beynəlxalq birliklə və xüsusən qonşu ölkələrlə münasibətlərdə isə qarşısıalınmaz nəticələrə gətirib çıxara biləcək fəsadlar yaradır; Qarabağ münaqişəsinin həllinin yeganə variantı kompromisdir, bu, tərəflərdən birinin qələbəsi və digərinin məğlubiyyəti deyil, münaqişədən bezmək şəraitində razılığa nail olmaq imkanıdır.

Axar.az xəbər verir ki, bu faktlar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri" adlı məqaləsində əksini tapıb.

Məqalədən bir hissəni təqdim edirik:

L.Ter-Petrosyan opponentlərinin yanılması məsələsinə toxunaraq bildirirdi ki, onlar “Qarabağın düşməninin asanlıqla diz çökdürülə biləcək Azərbaycan olmasını” güman etməkdə yanılırlar, əslində Qarabağın düşməni ermənilər tərəfindən meydan oxunan beynəlxalq birlikdir. “Qarabağ müharibəni udub, deməli, hər hansı kompromisə getməyə ehtiyac yoxdur” fikrini əsassız hesab edən L.Ter-Petrosyan qeyd edirdi ki, “Qarabağ müharibəni yox, döyüşü udub”, “müharibəni yalnız o vaxt udurlar ki, düşmən təslim olsun”.

Münaqişənin nizamlanmasına yanaşmalarına görə sərt tənqidlə üzləşən L.Ter-Petrosyan 1998-ci il yanvarın 8-də Ermənistan Milli Təhlükəsizlik Şurasının sessiyasındakı bəyanatında status-kvonun saxlanması məsələsinə yenidən qayıtdı, çünki onun siyasi opponentlərinin əksəriyyəti status-kvonun saxlanması variantına üstünlük verir, ümid edirdilər ki, zaman onların xeyrinə işləyəcək və Qarabağ məsələsi öz-özünə həll olunacaq, dünya isə baş vermiş fakt ilə gec-tez barışacaq. L.Ter-Petrosyan status-kvonun saxlanmasının nəzəri cəhətdən ən yaxşı variant ola bilməsini inkar etmədən bildirirdi ki, bu yolu seçməzdən əvvəl bir suala cavab vermək lazımdır: Qarabağın mövcudluğunun yeganə qarantı olan Ermənistan status-kvonu uzun müddət saxlaya biləcəkmi, özünün həyat qabiliyyətini, iqtisadi rifahını və hərbi qüdrətini saxlamağı və eyni zamanda, blokada ilə bağlı məhrumiyyətləri aradan qaldırmağı, artmaqda olan beynəlxalq təzyiqə davam gətirməyi bacaracaqmı?

Onun fikrincə, Qarabağ münaqişəsinin həll edilməməsi bir sıra cəhətlərdən Ermənistanın iqtisadi inkişafına mənfi təsir göstərir, o cümlədən:

* blokada nəticəsində Ermənistana və Ermənistandan yükdaşımaların dəyəri təqribən 30 faiz artır;

* münaqişə ölkəyə sanballı xarici investisiyalar axınını məhdudlaşdırır, çünki Qarabağda hərbi əməliyyatların yenidən başlanması ehtimalı Ermənistanı risk zonasına çevirir. Eyni zamanda, Ermənistanın 3,5 milyon nəfərlik bazarı əcnəbi investorlar üçün özlüyündə cəlbedici deyil. Münaqişənin nizamlanacağı halda isə bir konkret ölkədə həyata keçirilən investisiyalarla müqayisədə xarici kapital üçün qat-qat cəlbedici olan irimiqyaslı regional layihələrin həyata keçirilməsi üçün şərait yarana bilər, çünki dolayısı ilə regional təhlükəsizliyə və sabitliyə imkan verən layihələr siyasi cəhətdən daha əhəmiyyətli, iqtisadi cəhətdən daha məqsədəuyğundur;

* mövcud münaqişə Ermənistanı bilavasitə qonşularından, yəni, Avropaya və ərəb ölkələrinə, İrana, Rusiyaya və Mərkəzi Asiyaya ən qısa tranzit marşrutlar kimi xüsusi əhəmiyyət kəsb edən təbii və ən münasib iqtisadi tərəfdaşları olan Azərbaycandan və Türkiyədən təcrid edir.

Təəssüf ki, Ermənistanın digər rəhbərləri münaqişənin nizamlanmasına L.Ter-Petrosyanın realist yanaşmaları ilə razılaşmadılar və 1998-ci ilin fevralında faktiki olaraq onu istefa verməyə məcbur etdilər. Bunun nəticəsində Ermənistan münaqişənin mərhələli nizamlanması təkliflərindən rəsmən imtina etdiyini bildirdi və beləliklə, münaqişənin həlli üçün iyirmi il bundan əvvəl yaranmış nadir imkan əldən buraxıldı…

Məqalənin tam mətni ilə BURADA tanış ola bilərsiniz.

Tarix
2019.06.04 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla