Axar.az
Yuxarı

Baxtadze İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt Dövlətinin Vəliəhdi Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah 28 may – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Xahiş edirəm, Zati-alinizə yüksək ehtiramımı qəbul edin”.

***

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Respublika Günü münasibətilə Sizi Gürcüstan hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı müstəqillik yolunda çoxlu çətinliklərdən keçdi. Bu gün Azərbaycan Respublikası inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malikdir.

Gürcü və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətləri və səmərəli əməkdaşlıq uzun əsrlər boyu davam etməkdədir. Biz bu gün də dostluq əlaqələrini birlikdə möhkəmləndirməyə və uğurlu strateji tərəfdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Bu isə xalqlarımızın tərəqqisi və əmin-amanlığı üçün bir zəmindir. Azərbaycanın sabitliyi və inkişafı Gürcüstan üçün həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından olduqca vacibdir.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına əmin-amanlıq, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram”.

Tarix
2019.06.04 / 18:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pakistanın iş adamları Azərbaycana səfər edəcək - Foto

İranlı nazir Azərbaycana gəlir

Rus jurnalist Azərbaycanda ABŞ laboratoriyası “tapdı” - Video

Bayramov Malayziya XİN başçısının müavini ilə görüşdü

Paşinyan Putinlə sərhədi müzakirə etdi

Hikmət Hacıyev Kəmarudin Cəffərlə görüşdü

İrəvan delimitasiyadan yayınmaq yolunu “tapdı”

“3+3” formulu bu çağırışa cavabdır - Səadət Yusifova

Ərdoğan o qədər narahat oldu ki, özü hərəkətə keçdi

Vyanada 20 yanvar faciəsi ilə bağlı tədbir keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla