Yuxarı

Nikol Qarabağ separatçılarına "sanksiya" tətbiq etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan hökuməti Qarabağ separatçılarının maliyyə yardımı barədə xahişlərini rədd edir.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı erməni mediası yayıb.

Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib.

Xatırladaq ki, Balasanyan “dqr prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.

Məlumatda həmçinin bildirilir ki, maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən "dqr"ə tətbiq edilmiş "sanksiya" kimi qiymətləndirirlər.

Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın separatçı rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb “bəzi əraziləri verə bilər” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır.

Tarix
2019.06.11 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla