Yuxarı

Ankara Azərbaycanın yanındadır – Bilgic Bakıda elan etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:17

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı və ATƏT PA ilə yaxından əməkdaşlıq çərçivəsində “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” və “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə ATƏT Parlament Assambleyasının prezidenti Sereteli və Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Sürəyya Sadi Bilgiç, hər üç ölkənin deputatları, səfirləri və media nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan aktların qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin hər üç ölkənin paralamentarilərindən ibarət “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nı (Bakı Parlament Platforması) yaratmaqdır.

Konfrans çırçivəsində “Siyasi dialoqun, regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş mexanizmlərin genişləndirilməsi üçün yeni imkanlar” mövzusunda panel müzakirələr də keçirilib. Paneldə Azərbaycan, Almaniya, Türkiyə parlamentarilərinin məruzələri dinlənilib.

Tədbiri millət vəkili, ATƏT PA vitse-prezidenti Azay Quliyev açıb. O, bu tarixi konfransın baş tutması üçün uzun müddət aparılan məsləhətləşmələr, görülən işlər və göstərilən səylərin bəhrə verməsindən məmnunluq ifadə edib. Bu tədbirə ev sahibliyi edən və hər iki tədbirin keçirilməsi təşəbbüsünü dəstəkləyən Azərbaycan Respublikası Milli Məclisinə, spiker Oqtay Əsədova, ATƏT PA Assambleyasına və prezident Sreteliyə təşəkkür edib.

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Onun sözlərinə görə, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqları vıə dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrdir:

“Hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa ölkələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə daha böyük töhfələr verə bilər. Zərərçəkən ölkələrin ərazi bütövlüyünə təhdidlərə qarşı parlamentlərin mövqeyinin ortaya qoyulması vacibdir. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir”.

O deyib ki, Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir:

“Qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq”.

B.Muradova qeyd edib ki, Platformanın Katibiyi Bakıda yerləşəcək.

***

Almaniya Bundestqanın vitse-prezidenti Tomas Opperman bildirib ki, Azərbaycan Qafqazdakı köhnə tərəfdaşımızdır. Onun sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.

Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Opperman qeyd edib ki, konfliktin sülh yolu ilə həllinə çalışmaq lazımdır:

“Dağlıq Qarabağ münaqişəsi onillərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir. Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək”.

***

Türkiyə Millət Məclisinin vitse-spikeri Sürəyya Sadi Bilgiç Azərbaycanın belə sürətlə inkişafının Türkiyəni çox sevindirdiyini qeyd edib.

O qeyd edib ki, terrorla ciddi mübarizə aparmaq üçün ortaq mövqe olmalıdır:

“Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Avropada islamafobiya ortaya çıxır. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələ şiddətlənmədən qarşısı alınmalıdır. İnanıran ki, Bakı Parlament Platforması bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcək”.

Bilgic Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycanı dəstəklədiyini xatırladıb:

“Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır”.

ATƏT PA-nın Prezidenti Sereteli vurğulayıb ki, hər şeydən əvvəl insanlar bizim onlar üçün necə narahat olduğumuzu bilməlidirlər:

“Parlament Assambleyasına ənənəvi olaraq digər parlamentariləri əməkdaşlıq və dialoq məqsədilə bir araya gətirdiyinə görə təşəkkürümüzü bildiririk.

Həmçinin gündən-günə bir çox beynəlxalq konfrans və dialoqlar üçün əhəmiyyətli ölkə halına gələn Azərbaycana öz dərin minnətdarlığımızı bildiririk. Azərbaycan bu beynəlxalq tədbirlərdə yalnız öz qonaqpərvərliyini göstərməklə yox, həm də beynəlxalq qurumlara önəmli məsələlər üçün sağlam müzakirə meydanı yaratmaqla da mühüm ölkə olduğunu göstərir”.

Tarix
2019.06.12 / 13:33
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla