Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyul 2019


Mehriban xanımın bu tərifəlayiq addımı… - Fazil Mustafa

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli-azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatından sonra həm ölkə prezidenti İlham Əliyevin, həm də birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlar gözlədiyim və atılması vacib olan addımlar idi.

Axar.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb.

“Söhbət məsələnin maddi tərəfindən getmir, hakimiyyət və siyasət məsələlərinin qat-qat üzərində mövcud olan insanlıq dəyərlərinin önə çəkilməsindən gedir.

Cəmiyyətimizin ən çox da buna ehtiyacı var. Bir-birimizə hakimiyyət və siyasətin amansız emosiyasından uzaqlaşaraq sırf bir millətə mənsub insanlar kimi sadələşdirilmiş sayğı və ehtiram göstərməyi ənənəyə çevirməmiz olduqca vacibdir. Bu, ənənəyə ona görə çevrilməlidir ki, gələcəyimizdə siyasi-ideoloji dünyagörüşü fərqlilikləri, düşüncə ayrılıqları insan münasibətlərinin dəyərindən heç vaxt üstün tutulmasın, sayı az, problemləri çox olan millətimizn insanlarının bir-birinə aqressiyası azalsın. Mən istərdim ki, həm İlham Əliyevin, həm də Mehriban xanımın bu tərifəlayiq addımının təqdir olunmasından daha çox, cəmiyyət həyatımızda bir müsbət davranış nümunəsi kimi hamılıqla anlaşılması baş versin", - Fazil Mustafa qeyd edib.

Tarix
2019.06.16 / 13:28
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Elmar Məmmədyarov bu ölkənin dövlət katibi ilə görüşdü - Foto

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

İlham Əliyev 5 ölkənin səfiri ilə görüşdü

XİN Misir hökumətini təbrik etdi

İlham Əliyev 5 sərəncam, 4 fərman imzaladı

İlham Əliyev Çin nümayəndə heyətilə görüşdü

ABŞ-ın İrəvandakı “gənələri”: İran sərhədi bağlaya bilər

Makron Bakı ilə bağlı bizə vəd verib… - Toranyan

Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...

İlham Əliyev krala məktub göndərdi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla