Yuxarı

ABŞ müdaxiləsi: Qarabağla bağlı yeni mərhələ başlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, ABŞ tərəfi müxtəlif təzyiqlər göstərməklə Ermənistanı kompromis xarakterli danışıqlar yoluna dəvət edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Vaşinqtonda bu gün baş tutacaq görüşlə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistan bu görüşü son şans kimi dəyərləndirib, qərar verməlidir:

“Hesab edirəm ki, bu görüşdə Con Bolton kifayət qədər mühüm rol oynayır. O, hələ Bakıda olarkən bildirmişdi ki, bütün erməni qoşunları Dağlıq Qarabağdan dərhal çıxarılmalıdır. Düşünmürəm ki, ABŞ bu mövqeyini dəyişsin. Onlar bunu NATO-nun zirvə toplantısında da qeyd etmişdilər. Hətta həmin toplantıda Azərbaycanın ərazi bütövlüyünə NATO üzvləri səs verdilər. Ermənistan rəhbərliyi yaxşı bilir ki, bu danışıqlardan müsbət nəticə əldə olunmasa, vəziyyət dəyişəcək. Çünki Azərbaycanın bu məsələdə səbri tükənib”.

Politoloq qeyd edib ki, Vaşinqton torpaqların Azərbaycana qaytarılması məsələsində maraqlı tərəfdir:

“Vaşinqton üçün Cənubi Qafqazdakı bu qanlı münaqişəni həll etməyin böyük əhəmiyyəti var. Çünki ABŞ-ın geosiyası maraqları tələb edir ki, Cənubi Qafqazda az da olsa, öz mövqelərini möhkəmləndirsin. Rəsmi Vaşinqton Azərbaycanın enerji və nəqliyyat siyasətini və bölgədə oynadığı rolu yüksək qiymətləndirir və ölkəmizi regionun lider dövləti kimi qəbul edir. ABŞ həmçinin yaxşı başa düşür ki, Azərbaycanla münasibətlərin yaxşı vəziyyətdə olması Xəzər dənizində müəyyən üstünlüklər qazanıb, Orta Asiya respublikalarına keçmək imkanı yaradır. Bu səbəbdən Vaşinqton danışıqlarda müsbət nəticələr əldə olunması üçün müəyyən addımlar atacaq. Ümumiyyətlə, hesab edirəm ki, bu görüş danışıqların həllində və Ermənistana təsirdə yeni mərhələ ola bilər”.

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş gözlənilir.

Tarix
2019.06.20 / 15:38
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla