Yuxarı

Kobaxidze Bakıdan təcili getdi, görüşlər ləğv edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.06.20, 21:52

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze Azərbaycana səfərini yarımçıq qoyaraq, Gürcüstana qayıdır.

Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Gürcüstan” yayıb. Sayt Kobaxidzenin Bakıda planlaşdırdığı bütün görüşləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Novruz Məmmədovla görüşlərini ləğv etdiyini bildirib. Onun bu gün parlamentdə saat 12:00-da keçirilməli olan iclasda iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tiflisdə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcü Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib.

Ötən gecə isə Tiflisdə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarıda dayandıraraq Tiflisə qaydıb.

Tarix
2019.06.21 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla