Yuxarı

Nazirin görüşdən sonra ilk açıqlaması göstərdi ki... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında keçirilən görüşdən Məmmədyarovun açıqlamalarına diqqət yetirsək, bu görüşlə bağlı nikbin notların az olduğunu görərik.

Axar.az xəbər verir ki, bu sözlər Məmmədyarovun Vaşinqton görüşüylə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə görüşdən sonra Məmmədyarovun açıqlamalarında anlaşılmazlıq olduğu qeyd edilib:

“Elmar Məmmədyarovun görüşdən sonra elə ilk cümləsi “Aramızda hələ də ciddi fərqlər qalır” olub. O, açıqlamasında bir neçə dəfə “fikir ayrılıqları” ifadəsini də işlədib. Nazirin açıqlamasından o da məlum olur ki, həmsədrlər danışıqlar prosesində hansısa əlavə sənədlər təqdim ediblər. O, həmin sənədlərin nədən ibarət olduğunu açıqlamır, ancaq güman etmək olar ki, təkliflər atəşkəsin qorunmasının mexanizmlərinə aiddir. Çünki son günlər cəbhə bölgəsində artan gərginlik həmsədrləri ciddi narahat edir və onlar bu gərginliyin azaldılması yollarını axtarırlar. Məmmədyarovun hərbçilərin kazarmalara qayıtması və bunun sülh üçün daha yaxşı zəmin yaratması, həmçinin əhalinin sülhə hazırlanmasıyla bağlı açıqlamasında isə anlaşılmaz məqam da var.

Əhali sülhə mərhələli həll planı işə düşəndən sonra hazırlanmalıdır. Bu olmadan Elmar Məmmədyarovun təbirincə desək, “hərbçilərin kazarmalara qayıtması” Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl açıqlamalarında haqlı olaraq bunun tərsini deyir, işğalçıya təzyiqin artırılması vacibliyindən danışırdı. Elə Azərbaycan ordusunun hərbi təlimlərinin sayının artırılmasının məqsədi də budur”.

Təhlildə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vaşinqton görüşünün yekunlarına dair birgə bəyanatının Azərbaycan XİN-nin bəyanatından və Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərdən fərqli olduğu bildirilib:

“Həmsədlərin bəyanatında Elmar Məmmədyarovun vurğuladığı hansısa sənəddən söz açılmır. Məsələn, həmsədrlər bəyanatda “təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə” çağırıblar.

Biz təmas xəttində fəal olmasaq və ya snayperlərimiz işlərini görməsələr, işğalçıya necə təzyiq edəcəyik? Snayperlərin geri çəkilməsi maraqlarımıza xidmət etmir. Yeri gəlmişkən, Vaşinqton görüşündən bir gün sonra Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Beləliklə, Vaşinqton görüşündə nəticə əldə olunmayıb. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”.

Qeyd edək ki, ötən gün Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Tarix
2019.06.21 / 16:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla