Yuxarı

Zaxariyeva: Azərbaycanla strateji tərəfdaşıq... - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:34

Bolqarıstan baş nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxariyeva Bakıda səfərdədir.

Axar.az xəbər verir ki, səfər çərçivəsində Y.Zaxariyeva Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

Tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, səfər iyunun 25-dək davam edəcək. Səfər çərçivəsində həmçinin hökumət başçısı Novruz Məmmədov və Milli Məclisin Sədri Oqtay Əsədovla görüşlər də planlaşdırılır.

***

İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Bolqarıstanın Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxariyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sədr ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, bu yaxınlarda Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sessiyasında təşkilata sədrlik Azərbaycandan Bolqarıstana keçib. Bu tədbirlə əlaqədar Bolqarıstan parlamentinin sədri ölkəmizdə səfərdə olub.

Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. 2015-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu günədək ölkələrimiz arasında imzalanmış 68 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Sədr parlamentlər səviyyəsində münasibətlərimizin təqdirəlayiq olduğunu söyləyərək, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, nümayəndələrimiz müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Yekaterina Zaxariyeva Bolqarıstanla Azərbaycanın strateji müttəfiq olduqlarını vurğulayaraq, ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, ölkələrimiz arasında mövcud olan yüksək siyasi dialoq iqtisadi sahədə də canlanma yaratmaq üçün yaxşı zəmin yaradır.

Qonaq dövlətlərarası münasibətlərdə qarşılıqlı səfərlərin önəmindən danışaraq Prezident İlham Əliyevin 2015-ci ildə Bolqarıstana səfərinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, son dövrdə iqtisadi sahədə artımlar müşahidə olunmaqdadır. Bu ilin mayında Bolqarıstanda Yunanıstan və Bolqarıstan Baş nazirlərinin iştirakı ilə qaz İnterkonnektorunun (İGB) təməlqoyma mərasimi baş tutub. Bu, Azərbaycan qazının Bolqarıstana və Avropa ölkələrinə nəql edilməsi üçün atılan mühüm addımlardan biridir. “Biz Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndiririk. Hesab edirik ki, gələcəkdə nəqliyyat, kənd təsərrüfatı, İKT, turizm sahələrində də böyük uğurlara imza ata bilərik”, - deyə o qeyd edib.

Tarix
2019.06.24 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla