Yuxarı

Polşa səfirinin diplomatik fəaliyyəti sona çatdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşa səfirinin diplomatik fəaliyyəti sona çatdı

Xarici İşlər naziri Elmar Məmmədyarov Polşanın Azərbaycandakı səfiri Marek Tsalkanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqla danışıblar. Azərbaycan və Polşa arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə müsbət təkan verdiyi vurğulanıb.

Səfir Marek Tsalka Polşa Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini vurğulayaraq ölkəsinin Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha ifadə edib.

Görüş zamanı tərəflər habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmədyarov səfir Marek Tsalkenin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, Polşa səfirinə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tarix
2019.06.25 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla