Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2019


AŞPA-da Azərbaycan müzakirəsi: İslahatlar...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:10

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Avropa Şurası yanında daimi nümayəndəliyimizin və AŞPA-dakı nümayəndə heyətimizin birgə təşkilatçılığı ilə «Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbir təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti təşkilatları və Azərbaycan hökuməti nümayəndələrinə ölkəmizdə davam edən islahatlara dair müvafiq perspektivləri bölüşmək imkanı yaradıb. İştirakçılara penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı haqqında ətraflı məlumat verilib.

AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva, Avropa İnsan Haqları Məhkəməsində (AİHM) səlahiyyətli nümayəndə Çingiz Əsgərov və Azərbaycanın İnsan hüquqları müdafiə mərkəzinin direktoru Eldar Zeynalov çıxış edərək, ölkəmizdə hüquq, məhkəmə və penitensiar sistemdə, sosial sahədə həyata keçirilən islahatlardan, gənclər siyasəti, uşaq və qadın hüquqları, vətəndaşların rifahının yaxşılaşdırılması məqsədi ilə imzalanmış sərəncam və fərmanlar barədə söz açıblar.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə fəaliyyəti təkmilləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, infrastruktur müasirləşdirilir. Ölkədə bu sahədə görülən işlər fəaliyyətin yüksək səviyyədə təşkilinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və insan hüquqlarının etibarlı təminatına töhfə verib. Prezidentin Sərəncamının məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə mütərəqqi təcrübələrin tətbiqidir.

Bildirilib ki, vətəndaşların hüquq və azadlıqlarının tam təmin edilməsi ölkəmizdə həyata keçirilən islahatların ümdə məqsədidir. Bu məqsədə nail olmaq üçün ötən illər ərzində bir çox qanunvericilik təşəbbüsləri irəli sürülüb, fəaliyyət planları və siyasi qərarlar qəbul edilib. Yeni çağırışlar mövcud sistemi nəzərdən keçirməyi və mütəmadi olaraq yeni addımlar atmağı tələb edir.

Tədbirdə ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatları ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin inkişafından, dialoq platformasından da bəhs olunub.

Sonda tədbir iştirakçıları çıxışlarla bağlı fikirlərini bildirib, Azərbaycanda gedən islahatları yüksək qiymətləndiriblər. Ölkəmizdə islahatların bundan sonra da uğurla həyata keçiriləcəyi, hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyət göstərməsi üçün dialoq platformasının davam etdiriləcəyi vurğulanıb.

Tarix
2019.06.26 / 18:20
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...

İlham Əliyev krala məktub göndərdi

Polad Bülbüloğlu yeni səfirlə görüşdü - Foto

Prezident qətərli nazirlə görüşdü - Foto

Prezident Koreya ilə bu sazişi təsdiqlədi - Qanun

Fransadan Qarabağ açıqlaması: Məsuliyyət daşıyırıq

İlham Əliyev səudiyyəli nazirlə görüşdü

Azərbaycan XİN Yaponiyaya başsağlığı verdi

Ermənilər Qarabağda gürcülərə tələ qurur - Foto

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla