Yuxarı

Generallar Bakıda: Bu, Qarabağa da təsir edəcək - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-Rusiya görüşünün ölkəmizdə keçirilməsi üçün Bakıya üstünlük qazandıran əsas səbəblər infrastrukturun inkişaf etməsi, paytaxtda və yerlərdə möhkəm sabitliyin mövcud olması, təhlükəsizlik sisteminin yaxşı qurulmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycanın seçilməsini şərh edərkən deyib. O, bu cür görüşlərin keçirilməsi üçün Azərbaycanda ideal şəraitin olduğunu söyləyib:

“Bakı artıq çoxdandır ki, həm beynəlxalq nüfuzlu idman yarışlarının, həm də siyasi görüşlərin keçirildiyi bir mərkəzə çevrilib. Məsələn, İrəvanda belə bir tədbirin keçirilməsi üçün beynəlxalq standartlara cavab verən beşulduzlu otel belə tapmaq mümkün deyil. Üstəlik şəhərin infrastrukturundan tutmuş təhlükəsizlik məsələlərinə qədər heç bir şey qaydasında deyil. Tiflis və digər bölgələr haqqında da eyni sözü demək olar.

Bu sahədə həm ölkə rəhbərliyinin, həm də müvafiq qurumların kifayət qədər təcrübəsi var. Bu nöqteyi-nəzərdən, belə bir tədbirin Bakı şəhərində keçirilməsi artıq ənənəyə çevrilib.

İndi isə dünya təhlükəsizliyi ilə bağlı olan NATO nümayəndəsi ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi sözün həqiqi mənasında paytaxtımızın sürətlə artan prestijindən, şöhrətindən söz açmağa imkan verir. Belə görüşlərin ölkəmizdə keçirilməsi Azərbaycanın populyarlığının artması üçün böyük əhəmiyyətə malikdir”.

Politoloq Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələrinin ölkəmizin bu statusunu daha da möhkəmləndirdiyini söyləyib:

“Azərbaycan onsuz da uzun müddətdir ki, regionun lideri kimi beynəlxalq münasibətlərdə çox çevik və dinamik rol oynayır. Bu səbəbdən Azərbycan postsovet məkanında ilk ölkədir ki, BMT Təhlükəsizlik Şurasının 2 illik müddətinə müvəqqəti üzvü seçilib. Azərbaycan Qoşulmama Hərəkatının rəhbəridir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatların - İƏT, UNESKO və s. - yaxından iştirak edir. Zənnimcə, belə tədbirlər həm dünya dövlətləri ilə münasibətlər qurmaqda, həm də Dağlıq Qarabağ probleminin həllini sürətləndirməkdə Bakıya yaxından köməklik göstərəcək”.

Q.Hüseynlinin sözlərinə görə, belə bir əhəmiyyətli görüşün Bakıda keçirilməsində lider amili də mühüm rol oynayır:

“Azərbaycanın siyasi rəhbərliyi dünyada kifayət qədər tanınıb. Bakı kimi dünyanın ən gözəl şəhərlərindən birinin inkişaf etməsində ölkə siyasi rəhbərliyinin böyük rolu var. Üstəlik, İlham Əliyev müxtəlif beynəlxalq görüşlərdə, Davos iqtisadi forumunda, İƏT-in tədbirlərində və s. ölkəmizi təmsil edən biri kimi diqqət mərkəzindədir. İlham Əliyevin yüksək siyasi mədəniyyətə və nitqə malik olması, bir neçə dildə sərbəst danışması onun ölkə başçısı kimi xüsusi çəkisini daha da artırır. Zənnimcə, ölkə rəhbərliyi belə tədbirlərin Bakıya yönəldilməsində əhəmiyyətli rol oynayır”.

Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters danışıqlar aparmaq üçün Bakıda səfərdədirlər.

Tarix
2019.07.10 / 17:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla