Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Avqust 2019


Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda son aylarda baş verən hadisələrlə əlaqədar ölkənin aparıcı politoloqları və ekspertlərindən təşkil edilən “Suveren seçkilər üçün koalisiya” bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanata Andro Qoçiridze, Vladimir Svanadze, Tengiz Pxaladze, Tornike Şaraşenidze, Gela Vasadze, Laşa Xatiaşvili, Yeqor Kuroptev, Nikolay Levşiç, Nikoloz Çitadze, Vladimir Kopçak imza atıblar. Bəyanatda Gürcüstanın tərəfdaş dövlətləri ilə münasibətlərdə qeyri-stabillik yaradacaq müdaxiləsinə qarşı gürcü cəmiyyətinin konsolidasiyasına ehtiyac olduğu vurğulanıb. Ekspertlər kremlyönlü qüvvələrin aktivliklərini artıraraq, media orqanları və digər növ provokasiyalar vasitəsilə Gürcüstanın vacib strateji müttəfiqləri olan Türkiyə və Azərbaycandan Gürcüstan üçün mifik düşmən obrazı yaradılmasına cəhd edildiyini vurğulayıblar. Onlar Rusiyanın dövlət və kremlyönlü KİV-lərinin hazırladığı təbliğat xarakterli materialların Gürcüstanın suverenliyinə birbaşa təhdid olduğunu bildiriblər.

“Kremlin və Rusiya hakimiyyətinə bağlı olan faktorların fəaliyyəti Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı polemikanın dərəcəsinin azaldılmasına və gündəmin dəyişdirilməsinə, paralel mübahisələri alovlandıraraq Gürcüstanın müttəfiqləri ilə münasibətlərində qeyri-stabillik yaradılmasına yönəlib. Bu kampaniyanın hədəfi kremlyönlü qüvvələrin Gürcüstanın hakimiyyət strukturlarında və 2020-ci ildə baş tutacaq seçkilərlə parlament sıralarında güclənməsinə nail olmaqdır”, - bəyanatda qeyd edilib.

Tarix
2019.07.20 / 14:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu məsələdə həmişə Azərbaycanı dəstəkləmişik - Səfir

İlham Əliyev Zelenskini təbrik etdi

Paşinyanın planı işə düşür: Miatsum İttifaqı yaradıldı - Video

Təpələr azad edildi: Paşinyandan gizli tapşırıq - Video

Fransa Azərbaycana səfir təyin etdi

Rusiya G8-ə hansı halda qayıda bilər? – Politoloq

Ermənistanın təxribatı: Bakıdan etiraz məktubu...

İranda qadınlar bunu geyinməsin, kişilər isə... - Qadağa

Məmmədyarovla görüşlər davam edəcək - Mnatsakanyan

Putindən əməliyyat əmri: Ankara itirilir?

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla