Yuxarı

Elmar Məmmədyarov bu ölkənin dövlət katibi ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov bu ölkənin dövlət katibi ilə görüşdü - Foto

Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən Santiaqo Mba Eneme Nsuqa 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda iştirak ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə nazir Elmar Məmmədyarova təqdim edib.

Dəvətə görə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov məktubu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edəcəyini bildirib. Daha sonra nazir Elmar Məmmədyarov 2019-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Ekvatorial Qvineyadan yüksək səviyyəli nümayəndə heyətinin iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2019.07.23 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla