Yuxarı

Prezidentdən nazirə sual: 170 milyon necə xərclənib?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən nazirə sual: 170 milyon necə xərclənib?

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

Axar.az xəbər verir ki, bu sözləri ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə ölkə başçısı deyib. Prezident bildirib ki, ölkədə infrastruktur layihələrinin icrası davam etdiriləcək:

“Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır”.

Daha sonra Prezident güzəştli şərtlərlə verilən kreditlərin həcminin bu il 170 milyon manat səviyyəsində olduğunu bildirərək, İqtisadiyyat naziri Şahin Mustafayevə sual verib: “Bu vəsaitin neçə faizi icra olunub və hazırda vəziyyət nə yerdədir?”

Nazir Şahin Mustafayev bildirib ki, bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb:

“İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Layihələr qəbul olunub, baxılıb və hazır layihələr müəyyənləşdirilib”.

Tarix
2019.08.01 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla