Yuxarı

Tiflisdə yeni güc: Bu şəxs lider olsa, Bakıya...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ən varlı adamlarından biri, bazar dəyəri 1 milyard dollara yaxın olan TBC Bankın qurucusu və sahibi Mamuka Xazaradze siyasət aləminə girəcəyini, İvanişvilinin Gürcü Arzusu Partiyasına rəqib hərəkat yaradaraq, gələcək parlament seçkilərində iştirak edəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli deyib. Politoloq bildirib ki, bu, iki baxımdan çox maraqlı xəbərdir:

“Birincisi, Gürcüstandakı demokratiya effektiv olaraq oliqarxiyaya çevrilir. Yəni dövlət vəzifələrindən qıraqda qazanılmış böyük pullar hesabına siyasətə girmək, hakimiyyətə gəlmək təcrübəsi dərinləşir və güclənir. İvanişvilinin Xazaradze ilə öz davası var və siyasətə girmək həvəsini oyadan da budur. Bu məsələlər Gürcüstanın iç problemidir.

İkincisi və bizim üçün daha maraqlısı - Xazaradze siyasətdə uğur qazana bilərsə, Azərbaycanda şəxsi və qanuni biznes maraqları olan ilk gürcü siyasətçisi olacaq. TBC-nin ölkəmizin maliyyə bazarında öz yeri var. Orası da maraqlıdır ki, bu bank İsraildə də bazara girə bilib. Azərbaycanla İsrailin maraq ortaqlığı baxımından Gürcüstanda belə bir siyasətçinin hakimiyyətə gəlməsi ölkəmizin yararına ola bilər”.

Tarix
2019.08.08 / 18:11
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla