Yuxarı

Bakı 3 ukraynalını bağışladı - Qərar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü, Qennadiy Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenkonun adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasına dair məlumat yayıb.

Axar.az-ın məlumatına görə, XİN mətbuat xidməti idarəsinin məlumatında bildirilib ki, Ukrayna vətəndaşları, Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü Qennadiy Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenko Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək, adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş ediblər.

Məktubda FNLD-in prezidenti Marina Kurbanaliyeva və Federasiyanın yuxarıda adları qeyd olunan üzvləri səfərlə əlaqədar təəssüf hissi keçirdiklərini ifadə edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiklərini, habelə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilməyərəkdən səfər etdiklərini qeyd ediblər. Sözügedən şəxslər, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəklərinə dair zəmanət veriblər.

Qennadiy Xavkin, İqor Yaremenko və Timofey Çernenkonun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onların adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasına dair qərar qəbul edilib.

Tarix
2019.08.09 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN rəhbəri Aİ-nin nümayəndəsini qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla