Yuxarı

Keşikçidağ müzakirəsi: Növbəti görüş Tiflisdə olacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keşikçidağ müzakirəsi: Növbəti görüş Tiflisdə olacaq

Gürcüstan və Azərbaycan birgə komissiyasının ekspertlər qrupu dövlət sərhədinin razılaşdırılmamış sahələri üzrə birgə işi davam etdirirlər.

Report xəbər verir ki, avqustun 20-də Vaxtanqisi kəndi və Keşikçidağ Məbəd-Kompleksi yaxınlığındakı sahələrə baxış keçirilib.

Ekspertlər komissiyanın həmin sahələr üzrə mövqelərini müzakirə ediblər. Gürcü ekspertlərdən ibarət qrup Azərbaycan tərəfinə sərhədin keçilməsi ilə bağlı öz mövqeyini izah edib. İşlərin nəticələri baxılması üçün komissiyanın həmsədrlərinə təqdim olunacaq.

Analoji işlər yaxın günlərdə razılaşdırılmamış digər sahələrlə bağlı da aparılacaq. Ekspertlərin işinin ilk mərhələsinin avqustun 23-nə qədər davam etdiriləcəyi planlaşdırılıb. İkinci mərhələnin isə qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Ekspertlərin görüşlərindən sonra sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının sentyabrda Tiflisdə keçirilməsi planlaşdırılıb.

Tarix
2019.08.21 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla