Yuxarı

Paşinyan dövrü bitir: İrəvanı yeni etirazlar bürüyəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əminliklə demək olar ki, Amulsar mədənində ekoloqlar və onları dəstəkləyən yerli icmaların etirazlarına əks olaraq işlərin yenilənməsinə icazəni Paşinyan sərt xarici pressinq altında verib.

Bu sözləri Axar.az-a Ermənistanda Amulsar mədəninin istismarı ətrafında yaranmış skandalı şərh edən rusiyalı politoloq, tarixçi qafqazşünas Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, Paşinyanı bu addıma iki makroiqtisadi səbəb məcbur edib. O, birinci səbəbin hətta xarici borclanma hesabına qapadılmasının qeyri-mümkün olduğu dövlət büdcəsindəki xroniki defisitlə əlaqədar olduğunu bildirib:

“Son üç il ərzində Ermənistanda büdcə defisiti ildə 340-370 milyon dollar təşkil edib. Son üç il ərzində ölkənin hakimiyyəti 1 milyard dollardan çox borclanıb ki, bu da illik dövlət büdcəsinin 30-40%-ni təşkil edir. Belə şəraitdə qızıl hasilatı üçün işlərin yenilənməsi pul əvəzində borc vərəqələri ilə dolu olan boş dövlət xəzinəsi üçün ən sürətli vasitə mənbəyidir”.

Kuznetsov Paşinyanın Amulsar mədənini işə salmasının ikinci səbəbinin Ermənistanın dünya kredit bazarındakı imiciylə əlaqədar olduğunu deyib:

“Ölkə təkcə qlobal borc çuxuruna yuvarlanmır, həm də bundan necə çıxacağıyla bağlı heç bir dəqiq təsəvvürü yoxdur. Ermənistanın qarşılığında kredit alacağı və ya investisiya cəlb edəcəyi heç nəyi qalmayıb.

SSRİ zamanından qalan energetika şəbəkələri total olaraq köhnəlib, mühəndis infrastrukturası kollapsa yaxındır. Bir müddət əvvələ qədər ölkə elə bir situasiyada idi ki, büdcə vasitələri hesabına bütün ölkədə xüsusi ehtiyacı olanlara yalnız bir yaşayış evini tikmək mümkün olub. Belə şəraitdə qızıl hasilatına xarici investisiyaların cəlbi Paşinyan hökumətinin iqtisadi siyasəti üçün tunelin sonundakı yeganə işığa bənzəyir. Əgər Paşinyan ekoloqlar və yerli əhaliyə güzəştə getsə, öz ölkəsinin yerdə qalan investisiya cəlbediciliyini xarici kapital üçün tam olaraq itirmək riskiylə üz-üzə qalacaq”.

O, hökumət və ictimaiyyət arasında bu mədən ətrafında yaranmış konfliktin Paşinyan və ətrafının populist siyasətinin final nöqtəsi olduğunu deyib:

“Məsuliyyətli hökumət məsuliyyətli qərarlar verməlidir. Bu, təxminən təqaüd yaşının artırılmasına bərabərdir. Yəni tədbir qeyri-populyardır, amma mövcud sosial-iqtisadi reallıq üçün həddən artıq vacibdir. Bununla əlaqədar olaraq, mən hələ də sağlam məntiqə zidd olaraq, guya əhalini doyuzdurub, müdafiə edən müdrik sparapet (sərkərdə) haqqında deyilən nağıllara inanan erməni xalqının sadəlövhlüyünə təəccüb edirəm. Əslində isə real həyatda belə olmur. Məxməri inqilab illüziyalarının cəlbediciliyi sona çatır.

“Erməni qızılı Ermənistan hakimiyyətini doyuzdurmaq məcburiyyətindədir” tezisi artıq İrəvanda müzakirə edilmir. Paşinyanın böyük populizm dövrü keçmişə qarışır, Ermənistana sosial etirazlar və ictimai konfliktlər dövrü gəlir”.

Tarix
2019.08.27 / 17:07
Müəllif
Əli, İlkin
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla