Axar.az
Yuxarı

Məmmədyarov Türk Şurasının baş katibi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hal-hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib. Nazir Elmar Məmmədyarov ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edərək, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü bildirib.

Öz tərəfindən Bağdad Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.

Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıblar.

Görüşün sonunda Nazir Elmar Məmmədyarov Türk Şurasının Baş katibi Bağdad Amreyevə, habelə onun müavinləri Qismət Gözəlov və Ömer Kocamana “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim edib.

Tarix
2019.09.04 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran Qafanda konsulluq açdı: Deputatdan cavab

Bakıdakı Rus İcmasından Klintseviçə möhtəşəm məktub

Türkiyə və Ermənistan rəsmiləri Qarsda görüşə bilər

Moskvadan Zəngəzur dəhlizi addımı: Tehran oyunu pozur…

Azərbaycanlılar Ermənistana qayıdacaq - Alaverdyan

Bakı və İrəvan arasında üçtərəfli formatda görüş...

Rusiyadan Laçın dəhlizi ilə bağlı açıqlama

Rusiyadan Paşinyana növbəti cavab: Əsassızdır!

İrəvanın Azərbaycandan yan keçən yolu "sürüşdü"

Fərid Əzizov casus, satqındır – Fazil Mustafa

KULT
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla