Yuxarı

Nikolun sərsəm Qarabağ açıqlaması... - Brayza

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir.

Bu barədə Report-a açıqlamasında Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir:

“Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.

M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: “Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün, nəyisə güzətşə getməlidir. Əgər hansısa tərəf istədiyi hər şeyi əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə doğru deyil”.

M.Bryaza Tbilisidə “İndi nə?” (“Now what?”) adlı beşinci beynəlxalq konfransda iştirak edir. İkigünlük tədbiri İqtisadi Siyasət Araşdırmaları Mərkəzi və Makkeyn İnstitutu birgə təşkil edib.

Tarix
2019.09.09 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla